Bakıda dəhşətli qəza - İki polis öldü (FOTO)

Bakıda dəhşətli qəza - İki polis öldü (FOTO)

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. Lent.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 232 dövlət qeydiyyat nişanlı “FİAT Doblo” markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib. Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər. Faktla bağlı araşdırma aparılır. 




Loading...


loading...
Loading...
loading...