Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü

Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb.

Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb. Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.




Loading...

Loading...