Azərbaycanda təhsili yarımçıq qalan qızın DƏHŞƏTLİ SONU

Azərbaycanda təhsili yarımçıq qalan qızın DƏHŞƏTLİ SONU

Xəbər veridiyimiz kimi, bu gün Masallı rayonunda 15 yaşlı qız intihar edib. Lent.az xəbər verir ki, rayonun Kəlbəhüseynli kənd sakini 2002-ci il təvəllüdlü Günay Qədirova (ad şərtidir) özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.

Bildirilir ki, qızın valideynləri ayrı yaşayırmış və təxminən 2 ay əvvəl onun atası vəfat edib. Bu ilin yayında isə o, orta təhsilini yarımçıq saxlayaraq, 9-cu sinifdən məktəbdən çıxıb. Belə ki, qiymətləri elə də yaxşı olmayan G.Qədirovanın anası ərizə ilə müraciət edərək, övladının təhsilini davam etdirməsini istəmədiyini bildirib.

Məlum intihar hadisəsinə gəlincə, bildirilir ki, 15 yaşlı qız anası ilə birgə yaşayırmış. Bugünlərdə onlar arasında hələlik tam dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Anası ilə dalaşan qız evdən qaçıb. Bir qədər sonra isə onun bağda özünü asdığı məlum olub. Yeniyetmə qızını axtaran anası onun asılı vəziyyətdə qalmış meyitini tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Loading...


loading...
Loading...
loading...