Azərbaycanda dəhşətli yanğın: uşaqlar öldü

Azərbaycanda dəhşətli yanğın: uşaqlar öldü

 Salyanda baş verən yanğında 2 azyaşlı ölüb. Bu gün səhər saatlarında Salyan rayonu Şorsulu kənd sakini, Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində 2 azyaşlı - 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və onun bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər. Faktla bağlı araşdırma aparılır.




Loading...

Loading...