Azərbaycanda 4 yaşlı qız müəmmalı şəkildə öldü

Azərbaycanda 4 yaşlı qız müəmmalı şəkildə öldü

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb. Faktla bağlı araşdırma aparılır.




Loading...

Loading...