Azərbaycan yollarında qanlı gecə - 10 NƏFƏR ÖLDÜ

Azərbaycan yollarında qanlı gecə - 10 NƏFƏR ÖLDÜ

 Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzaları 10 nəfərin həyatına son qoyub. Lent.az xəbər verir ki, gün ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ötən gecə ən dəhşətli qəza Bakının Qaradağ rayonunda - Xacasən-Lökbatan yolunda qeydə alınıb.

Burada "Mercedes 190" markalı minik avtomobilinin yük maşınına çırpılması 2-si azyaşlı olmaqla, 5 nəfərin ölümünə səbəb olub. Sumqayıtda isə "Hyundai" markalı avtomobil 2 qadını vuraraq öldürüb.

Bərdədə ölümlə nəticələnən 2 yol qəzası baş verib. Burada "Mazda" markalı avtomobil 67 yaşlı kişini vurub öldürüb. Bəhramtəpə-Mingəçevir yolunun bu rayondan keçən hissəsində isə "Vaz 21012"nin aşması qadın sərnişinin ölümü ilə nəticələnib.

Digər ölümlə nəticələnən yol qəzası Bakının Nizami rayonunda qeydə alınıb.




Loading...

Loading...