Ailəsi Hacı Məmmədovu dəfn edib - məzarını isə gizlədir

Ailəsi Hacı Məmmədovu dəfn edib - məzarını isə gizlədir

Ailəsi Hacı Məmmədovun məzarını gizlədir. Musavat.com xəbər verir ki, H.Məmmədovun nəşi dünən axşam saatlarında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsin ailəsinə təhvil verilib. Bü gün səhər saatlarında isə dəfn edilib. H.Məmmədovun vəkili Afət Qazıyeva deyib ki, ailəsi onu dəfn edib.

Vəkil söyləyib ki, H.Məmmədovun hansı qəbiristanlıqda dəfn edilməsi barədə ailəsi heç kimə məlumat vermək istəmir. Bəzi saytlar isə Abşeron Rayon İH-ə istinadən yazırlar ki, H. Məmmədov Saray qəsəbəsindəki qəbristanlıqda dəfn olunub.

Abşeron İcra Hakimiyyəti rəsmilərdən biri müxbirimizə deyib ki, saytların yazdığı həqiqəri əks etdirmir, İcra Hakimiyyətindən heç kim elə bir açıqlama verməyib. Saray bələdiyyəsi də H. Məmmədovun qəsəbənin qəbristanlığında dəfn olunması iddiasını təkzib edib.




Loading...

Loading...