7-ci sinif şagirdi öldü

7-ci sinif şagirdi öldü

Ağdaş rayonunda intihar hadisəsi baş verib. APA xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




Loading...

Loading...