3 uşaq atası özünü öldürdü

3 uşaq atası özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib. Trend- xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Məlumata görə, 3 övlad atası və nevroz xəstəsi olmuş Q.Quliyev Nevroloji Dispanserdə qeydiyyatda olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.




Loading...

Loading...