“General-mayor Zaur Məmmədov ev tikmək üçün yolumuzu zəbt edib”

16 Fevral 2021, 20:15
16 Fevral
2021
20:15
262
Göygöl sakinləri: "Məmurlar prezidentin general rütbəsi verdiyi adamdan çəkinir”
"Bir tərəfdən Şuşanın işğaldan azad olunmasında iştirak edib, bir tərəfdənsə Göygöldə əkin yerlərimizə, bağlarımıza, tövlələrimizə gedən yolumuzu kəsib. Prezident ona general rütbəsi verəndən sonra əl-qolu bir az da açılıb. Qarşımızı kəsən hasarın hündürlüyünü 5-6 daş da qaldırıb. Xeyli ailə hasarın bu tayında qalmaqla təsərrüfatından uzaq düşüb”.
Bunu Göygölün "Çay bağı” kimi tanınan ərazisində, daha dəqiq desək, Aşıq Şəmşir küçəsində yaşayan sakinlər deyir.
Onların şikayəti general-mayor Zaur Məmmədovdandır.
Zaur Məmmədov XTQ komandirlərindən biri olub. İkinci Qarabağ Müharibəsindən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, general-mayor ali hərbi rütbəsi ilə təltif edilib, Şuşanın ilk komendantı təyin olunub.
"Əvvəl yolumuzu daşla, torpaqla bağladı, sonra da hasarladı”
Həmin küçədə yaşayan İradə Əmirova deyir, ötən ildən başlayaraq Zaur Məmmədov ərazidə özünə ev tikdirir. Bir neçə aydır ki, tikinti ətrafdakı qonşuların rahatlığını pozub. Səbəbsə Zaur Məmmədovun qonşuların istifadəsində olan yolu hasarlamasıdır:

Sakinlərin müraciəti
"Burda yaşayan bir qonşu öz sahəsini ona satıb getdi. O da başladı burda villa tikməyə... Hətta özü də gəlib evin tikilməsində fəhlələrə kömək edirdi. Evlərimiz yola yaxın yerdə yerləşir, elə villa da yol kənarında tikilir. Bir də baxdıq ki, bizim məhəllələrdən yeganə çıxış yolumuz olan yerə daş, torpaq tökülüb. Başladıq nərdivan qoyub, daşın, torpağın üzərindən o tərəf-bu tərəfə keçməyə... Təsəvvür edin ki, səhər nərdivan qoyub o tərəfə keçirdim, o tayda qalan hindəki toyuqları kisələrə doldurub nərdivanla bu tərəfə aşırdım, toyuq-cücəni həyətə buraxırdım, axşam yenə kisəyə doldurub nərdivanla o tərəfə aşıb aparıb hinə buraxırdım... Ahıl qonşularım nərdivanla o tərəfə keçib öz əkin sahələrinə, bağlarına gedib-gəlirdi. Düşündük ki, yəqin bu materiallar tikintiyə istifadə olunacaq, yol təzədən açılacaq, müvəqqəti çətinlikdir. Bir də baxdıq ki, adam həmin daş-torpağı yığışdırıb, yerində hasar tikir”.
"Əvvəl bir neçə dəfə sökdürdük, general olandan sonra təzədən tikdi”
İradə Əmirovanın sözlərinə görə, qonşuların narazılığı nəticəsində hasar bir neçə dəfə sökülüb. Ancaq təqribən 1 ay əvvəl yenə də tikilib, bir neçə gün əvvəlsə hündürlüyü bir qədər də artırılıb:

Müraciəti imzalayanlar
"Əvvəl deyirdi ki, villaya qaraj tikirəm. Biz isə etiraz edirdik ki, bu hasar bizim təsərrüfatlarımıza gedən yolu kəsir, o tərəfə keçməyə başqa yolumuz yoxdur. Polisə, icra hakimiyyətinə şikayət etdik, Göygölə gələn deputatımız Elşad Mirbəşirlə görüşüb dərdimizi ona dedik. Hər dəfə şikayətlərimizdən sonra hasar sökülürdü, sakitlik yaranan kimi səhər oyanıb görürdük yenə tikilib. Sonra müharibə başladı, tikintini Allahverdi adlı bir nəfərə tapşırıb, müharibəyə getdi.
Müharibə bitəndən sonra prezident ona general-mayor rütbəsi verdi, Şuşanın komendantı təyin etdi, həmin vaxtdan Zaur Məmmədovun ayağının altı yer götürdü, hasarı təzədən tikdirdi, 2-3 gündür ki, əlavə daşlarla hündürlüyü artırır, pəncərələr də qoyub, tikintini genişləndirib. İndi hara müraciət ediriksə, şikayətimizə baxılmır, çünki prezidentin general rütbəsi verdiyi adamdan məmurlar çəkinir. Tikintini aparan Allahverdi adlı şəxs isə deyir ki, hara istəyirsiz şikayət edin”.
"Dolanışıqsız qalmışıq”
84 yaşlı Ağalar Abbasov deyir, təsərrüfata çıxışları olan yol hasarlanandan bağ sahəsinə baş çəkə bilmir:

"Tikintini aparan Allahverdi adlı şəxs isə deyir ki, hara istəyirsiz şikayət edin”
"O tayda bağım var, əziyyətlə su çəkmişəm, ağaclar əkmişəm, indi o taya keçib suvara bilmirəm. Torpağın canlanan vaxtıdır, torpağa qulluq lazımdır, ahıl yaşdayam, o bağla həm başımı qatıram, həm də meyvəsini, tərəvəzini yeyirəm, dolanıram. Burda hamı kasıbdır, adamlar iş tapmır, torpaq əkməklə, toyuq-cücə, heyvan saxlamaqla ayaqda qalır, açsınlar yolumuzu, gedək bağımızı, əkin sahələrimizi suvaraq, əkək, məhsul götürək...”

Hasar həmin ərazidə yaşayan Rasim Məmmədovu, Südabə Əliyeva və daha bir neçə ailəni də təərrüfatlarından ayrı salıb. Qonşular deyir, hazırda tikinti işləri sürətləndirilib, qısa müddətdə yol açılmasa, təsərrüfatlarından həmişəlik əllərini üzməli olacaqlar. Nəticədə onlarla ailə dolanışıqsız qalacaq.
Göygöl Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Şikayətçilərin adını çəkdiyi Allahverdi Cahangirov isə Meydan TV-yə deyib ki, ərazi ona məxsusdur:

"O tayda bağım var, əziyyətlə su çəkmişəm, ağaclar əkmişəm"
"Lap lazım olsa, yerində də baxa bilərsiz, mən heç kimin yolunu bağlamamışam. Bu, ən azı azərbaycançılığa yaraşmayan bir işdir. Sadəcə olaraq onlar tələb edirlər ki, sən sənədlə olan torpağından çıx, biz zəbt etdiyimiz ərazilərə yol açaq. Onlar yerli sakinlərdir, mənim torpağımdan sonrakı, dövlətə məxsus ərazini zəbt ediblər. Meşə təsərrüfatının qoz bağı, dövlət örüş torpaqları var. Dövlət örüş torpaqları da ümumi istifadədə olan bir yerdir. Oranı zəbt etmək olmaz. Onlar isə həmin ərazini zəbt ediblər. Zaur Məmmədov kimdir, bilmirəm, tanımıram. Bu ərazi mənimdir. Mən heç kimin də qulluqçusu deyiləm ki, tikintiyə nəzarət edim. Ərazi mənimdir, tikilən ev də mənə məxsusdur. Bu adamlar istəyir ki, evi sürüşdürüm qabağa, öz torpağımdan 10 metr yer verim, bunlar da zəbt etdikləri torpaqlara gedə bilsinlər”.

"Bir də baxdıq ki, bizim məhəllələrdən yeganə çıxış yolumuz olan yerə daş, torpaq tökülüb".
Allahverdi Cahangirov Zaur Məmmədov adlı şəxsi tanımadığını desə də, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin möhürü vurulmuş aktda göstərilir ki, Zaur Sabir oğlu Məmmədovun mülkiyyətində olan (21.10.2019-cu il tarixli çıxarış) 0.06 hektar həyətyanı torpaq sahəsində etibarnamə əsasında Allahverdi Cahangirov tərəfindən fərdi yaşayış evinin tikintisinə başlanıb. Elə akt da Allahverdi Cahangirovun şikayəti əsasında tərtib olunub.
Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdir müavini Bəxtiyar Cavanşir oğlu Məhərrəmovun, Göygöl Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin məsləhətçisi Ceyhun Qasıımovun, eləcə də Göygöl bələdiyyəsinin sədr müavini Araz Hacıyevin iştirakı ilə Laçın rayonundan məcburi köçkün olan Allahverdi Abdulla oğlu oğlu Cahangirovun şikayəti araşdırılıb, qonşu O.R.Əmirovla da söhbətlər aparılıb. Aktı tərtib edənlər müəyyənləşdiriblər ki, Allahverdi Cahangirov tikintini sənəd üzrə sərhədlərdən kənara çıxarıb və dövlət mülkiyyətində olan torpaq sahələrinə (bağ yerlərinə) gediş-gəliş üçün təqribən 4-5 metrlik yolun başlanğıc hissəsini qanunsuz olaraq zəbt edib.

"Lap lazım olsa, yerində də baxa bilərsiz, mən heç kimin yolunu bağlamamışam"
Criminal.az xatırladır ki, Zaur Məmmədov hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir. O, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsindən xüsusi fərqlənən Zaur Məmmədov Şuşanın ilk komendantı təyin edilmişdir.
O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilən Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında iştirak etmişdir. Zaur Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Məmmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
“General-mayor Zaur Məmmədov ev tikmək üçün yolumuzu zəbt edib”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"İcra başçısı obyektimi məhv edib..." - Əlil ailəsi Taleh Qaraşovdan şikayət etdi
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
`Nənəmgili zirzəmidən də qovurdular` – Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İllər əvvəl seçim edən, indi general olanlar
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..." - "Şərurlu İsfəndiyar"ın bacısı oğlunun əməlləri
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb - "Bizimlə mübahisə eləmə, səni atacaqlar içəri..."