Gəncə: “Dəhşət, dəhşət ... Doğmalarımı tikə-tikə yığırdım" Gəncə: “Dəhşət, dəhşət ... Doğmalarımı tikə-tikə yığırdım

Gəncə: “Dəhşət, dəhşət ... Doğmalarımı tikə-tikə yığırdım
 "Ramiz Əbdurəhmanov evinin xarabalıqları üzərində mənimlə söhbətləşir. Evini bu yaxınlarda tikdirmişdi, ürəklə onu abadlaşdırırdı - ömrünün axırınadək orada yaşayacağını düşünürdü. Ancaq ev artıq yoxdur - 17 oktyabr gecəsi Gəncəyə raket zərbəsi zamanı tamamilə partladılıb. Ancaq ən dəhşətlisi Ramizin qızının və üç nəvəsinin artıq həyatda olmamasıdır – onların hamısı cəmi bir neçə on metrlik məsafədə yerləşən bir evdə, qonşu evdə yatırmış. Raketin əsas zərbəsi də məhz o yerə təsadüf edib.

 Ramiz Əbdurəhmanov evinin xarabalıqları üzərində dayanıb danışır
"Dəhşət, dəhşət ... Doğmalarımı tikə-tikə yığırdım. Bundan sonra necə yaşayacağımı bilmirəm. Gücüm yoxdur, heç nə yoxdur ... Lakin necəsə yaşamağa davam etmək lazımdır. Yaşamalıyıq,” - yüzüncü dəfə özünü itirmiş kimi baxışı ilə daş yığınını gəzərək Ramiz deyir.
Həmin bu daş yığınının yerində nə vaxtsa onun ən sevimli bir guşəsi yerləşirdi. Kərpic qırıntıları və armatur parçalarının altından onun əşyaları görünür. Onların arasında - evdə hazırlanmış kompot və mürəbbə dolu şüşə bankaları və qablar də var, onların hansı möcüzə ilə sınmayıb bütöv qalmasını anlama xaricindədir.
Ramiz onlara tərkidünya baxışı ilə baxır. Onun bu zaman nə düşündüyünü bilmirəm, özüm isə partlayışdan sınmamış halda, bütöv çıxmış şüşə bankalardan nəzərimi qopara bilmirəm. O partlayışdan ki, bir neçə evi darmadağın edib, o partlayışdan ki, 14 insanın həyatına son qoyub." (BBC Azərbaycanca)

Xəbər lenti