Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı yaxınları ilə birgə minaya düşüb

29 Noyabr 2020, 09:17
29 Noyabr
2020
09:17
2574
Partlayış 5 mülki şəxsin həyatına son qoyub
Noyabrın 28-də, saat 3 radələrində Füzulinin Aşağı Seyidəhmədli kəndində 5 nəfər mülki şəxs minaya düşüb. Olduqları avtomobilin tank əleyhinə minaya düşdüyü ehtimal edilən Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov, Elminaz Hacıyeva və Zibeydə Adilzadə həlak olublar.
Hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu da məlumat yayıb. Bildiriblər ki, hadisə yerinə və meyitlərə baxış keçirilib:
"Məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib”.
Pokurorluq vətəndaşların minaya düşdüyünü təsdiqləyib. Bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərə qarşı cinayət əməlləri törədib:
"Həmin vətəndaşlar avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar”.
Bu gün həlak olanlardan Zibeydə Adilzadə daha öncə də işğaldan azad edilmiş Füzuli şəhərinə gedib. Bu barədə sosial media hesabında paylaşım da edib.
"Söz vermişdim ki, Füzuli şəhərinə gedən ilk qadın mən olacağam. Bu qeyri-adi sevinci mənə yaşatdığı üçün həyatımda çox dəyərli olan iki insana, atam Şakir Hacıyevə və 15 ildir mənə əsl dostluq edən, çətin günlərimdə yanımda olan Samir müəllimə sonsuz təşəkkürümü bildirirəm. Keçirdiyim hisslərə gəlincə, orada yalnız gözlər və göz yaşları danışdı. 18 ildir itirdiyim anamı və uşaqlıq xatirələrimi tapdım... Ana, vətən kəlimələrini bir daha dərindən dərk etdim. Gəzməyə də, ölməyə də vətən yaxşı!” - Zibeydə Adilzadənin noyabrın 13-də paylaşdığı statusunda belə deyilir.

Zibeydə Adilzadə
Ailəni tanıyan mənbə isə Meydan TV-yə bildirib ki, Hacıyevlər bununla 3-cü dəfədir işğaldan azad edilmiş ərazilərə gedirlər:
"Düzdür, sadə vətəndaşlar o ərazilərə tək, özbaşına gedə bilməzlər. Görünür, Şakir Hacıyev keçmişdə vəzifədə işləməsindən və şəxsi tanışlıqlarından istifadə edib. Zibeydə Adilzadə özü və bir neçə qohumları da icra hakimiyyətində işləyir. Həlak olanlar Şakir Hacıyevin bacısı, qardaşı, qızı və çox güman bacısının oğludur. Onlar Füzuli şəhərindəndir. Aşağı Seyidəhmədli kəndinə niyə getdikləri məlum deyil”.
Şakir Hacıyev vaxtilə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. Sonradan işdən çıxarılıb və həbs edilib. Həbs edilmə səbəbi isə onun Bakının Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd "Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülməsidir.
Faktla bağlı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi də açılmışdı. Səbail Rayon Məhkəməsinin qərarı ilə Şakir Hacıyev həbs edilmişdi.
Bir neçə il sonra o sərbəst buraxılmışdı. O, Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə təqsirli bilinmişdi.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Hadisə
Bakıda “Gelandewagen” “Mercedes”ə çırpıldı
-
Manşet, Foto, Hadisə
Prezidentin təhlükəsizlik xidmətinin idarə rəisi vəfat etdi
-
Manşet, Foto, Hadisə
Azərbaycan şəhid verdi - Sərhəddə gərginlik
-
Manşet, Foto, Hadisə
Şirkət rəhbərinin “Lamborghini”si saxlanıldı
-
Manşet, Foto, Hadisə
Özünü maşından atdığı deyilən gizir vəfat etdi
-
Manşet, Foto, Hadisə
Məmurun qardaşı gənc polisi maşınla vurub öldürdü
-
Manşet, Foto, Hadisə
Ermənistanın 6 hərbçisi əsir götürüldü
-
Manşet, Foto, Hadisə
Məhkəmə sədrini polisə apardılar - GENERAL GÖSTƏRİŞ VERDİ VƏ...
-
Manşet, Foto, Hadisə
Xocavənddə şəhid olan Elmir 2 gün əvvəl təltif edilmişdi