Ermənistanda Baş qərargah rəisinə cinayət işi qaldırıldı - SƏBƏB SƏRHƏDDƏ YARANMIŞ VƏZİYYƏTDİR

Ermənistanda Baş qərargah rəisinə cinayət işi qaldırıldı - SƏBƏB SƏRHƏDDƏ YARANMIŞ VƏZİYYƏTDİR
Ermənistanda Silahlı Qüvvələrin Baş qərargah rəisi, general Artak Davtyana cinayət işi qaldırılıb və ona rəsmi ittiham irəli sürülüb. "Hraparak” qəzeti yazır ki, Davtyan döyüşə yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur, həmin iş üzrə fiqurantlardan biri də hazırda həbsdə olan keçmiş müdafiə naziri David Tonoyandır. Bildirilir ki, hələlik Artak Davtyan barəsində qətimkan tədbiri seçilməyib. Və qəzet onun barəsində cinayət təqibinin başladılmasının əslində Azərbaycan-Ermənistan sərhədində yaranmış son vəziyyətlə bağlı olduğunu təxmin edir.
"Davtyana ittiham Azərbaycan tərəfinin Qafan kəndlərinə gedən yolların üzərində gömrük məntəqələri yaratmasına paralel irəli sürülüb. Beləliklə, Davtyana rəsmi ittiham irəli sürməklə hakimiyyət onu susmağa və Azərbaycanla əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün tapşırıqları sakitcə yerinə yetirməyə məcbur etmək istəyir”,-məlumatda deyilir.
Xatırladılır ki, artıq keçmiş müdafiə naziri olan Arşak Karapetyanın vəzifədən azad edilməsi də Zəngəzurda yaranmış vəziyyətlə bağlıdır. Belə ki, Karapetyan guya azərbaycanlıların Ermənistan ərazisinə maneəsiz daxil olmasına icazə vermək barədə əmri yerinə yetirməyib.

Xəbər lenti