Ermənilərin döyüşdürdüyü muzdlular danışdı Ermənilərin döyüşdürdüyü muzdlular danışdı

Ermənilərin döyüşdürdüyü muzdlular danışdı
Ermənistanda yeni gəlmiş muzdlular üçün sürətlənmiş təlimlər keçirilir. "Qafqazinfo” "Bigasia.ru” portalına istinadən xəbər verir ki, Qərbi Avropa ölkələrindən gələn bu şəxslər özlərini könüllü adlandırsalar da Ermənistan vətəndaşı deyillər və bununla muzdlu döyüşçü hesab olunurlar. Onlardan biri Almaniya vətəndaşı Ağazi Asatryandır: "Alman iş yoldaşlarım bir insanın müharibəyə getmək istəyə biləcəyini başa düşməzdilər. Hər kəs öz vətəni üçün mübarizə aparmalıdır. Mən tariximizi yaxşı bilirəm və anlayıram ki, bu düşüncə olmadan biz ermənilər bu qədər əsr yaşamazdıq”.
Muzdluların arasında qadınların da olduğu artıq açıq faktdır. Onlardan biri Knarik Karaminasyan fikirlərini belə çatdırıb: "Əvvəlcə mənim üçün çətin oldu və hətta kabuslar görməyə başladım. Ancaq vaxt keçdikcə yeni hər şeyə öyrəşirsən... Düzü, indi evdə oturub feysbukda xəbərləri oxuyub vərəqlədiyimdən, necə kömək edəcəyimi bilmədiyimdən daha yaxşı hiss edirəm. Buradayam və nəyəsə hazırlaşdığımı və vacib bir şey etdiyimi hiss edirəm”.
"France24” telekanalının Dağlıq Qarabağdan hazırladığı reportajda bir sıra erməni əsilli Fransa vətəndaşlarının Qarabağdakı döyüşlərə cəlb olunduğu açıq-aşkar göstərilib. 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyan telekanala müsahibəsində müharibə başladığı andan Ermənistana gələrək döyüşlərə qoşulduğunu bildirib. Bu yaxınlarda Fransanın "Liberation” qəzetinin verdiyi məlumata görə, erməni əsilli Fransa vətəndaşı, terror təşkilatı "ASALA”nın 64 yaşlı üzvü Gilbert Minasyan döyüşlərdə iştirak etmək üçün Fransadan özü ilə gətirdiyi muzdlularla birlikdə Qarabağdadır. Almaniyanın tanınmış qəzeti "Der Freitag” da bir neçə gün əvvəl "PKK muzdluları” adlı bir məqalə yayımlayıb və döyüşlərdə Ermənistan tərəfdən çoxlu sayda PKK terrorçularının iştirak etdiyi bildirilib.





Xəbər lenti