Ermənilər “Euronews” çəkiliş qrupunu atəşə tutublar

Ermənilər “Euronews” çəkiliş qrupunu atəşə tutublar
 Oktyabrın 26-da "Euronews” telekanalının çəkiliş qrupu mözücə sayəsində ölümdən qurtula bilib. Qrupun avtomobili Qarabağın şimalında Talış kəndi yaxınlığında ermənilər tərəfindən "Kornet” tank əleyhinə raket atəşinə tutulub. Hücum anını əks etdirən reportaj həmin gün "Euronews”da nümayiş etdirilib.
Dövlət başçısının köməkçisi Hikmət Hacıyev çəkiliş qrupunun atəşə tutulmasını "söz azadlığına və peşəkar jurnalistikaya təcavüz” kimi dəyərləndirib. Xoşbəxtlikdən, raket avtomobilin bir neçə santimetrliyindən keçib, onun hissələri isə avtomobilə ziyan vurub.
H.Hacıyev qeyd edib ki, maşının üzərində "Euronews” loqosu olub, lakin tank əleyhinə raketdən atəş məqsədyönlü olub. Atəşi əks etdirən video: (https://vimeo.com/472347741). Bu, təkcə Qarabağın özündə deyil, onun hüdudlarından kənarda – Tərtər, Ağdam, Ağcabədi və Gəncədə jurnalistlərin erməni qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı ilk hal deyil.

Xəbər lenti