Ərdoğanın qudası və “Bayraktar”ın yaradıcısı vəfat etdi

Ərdoğanın qudası və “Bayraktar”ın yaradıcısı vəfat etdi
Türkiyənin tanınmış iş adamı, "BAYKAR” şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar 72 yaşında vəfat edib. "Anadolu” agentliyinin yaydığı xəbərə görə, bu barədə "BAYKAR” şirkəti açıqlama yayıb: "Milli texnologiya hərəkatı ideyasının və milli pilotsuz uçuş aparatlarının yaradılmasının lideri, İdarə Heyətimizi sədri, yol göstərənimiz Özdəmir Bayraktar haqqın rəhmətinə qovuşub”, - açıqlamada bildirilir.
"BAYKAR” şirkətinin Baş direktoru Haluk Bayraktar da atasının vəfatı ilə bağlı "Twitter” hesabında paylaşım edib. Bildirilir ki, Özdemir Bayraktar İstanbulda dəfn olunacaq.
Qeyd edək ki, Özdəmir Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası, Səlcuq Bayraktar və Haluk Bayraktarın atasıdır. Ö.Bayraktar İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında mühüm rol oynayan "Bayraktar” PUA-ların yaradılmasının ideya müəllifidir.

Xəbər lenti