Erdoğan: "Ermənistanı danışıqlar masası arxasına oturmağa razı salmaq lazımdır"

Erdoğan:
Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın administrasiyası onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yekunlarına dair açıqlama verib. Söhbət zamanı Erdoğan Putinə Ermənistanın Dağlıq Qarabağ ərazisini tərk etməli və danışıqlar masası arxasına oturmalı olduğunu söyləyib. Kremlin vebsaytında da bu telefon söhbəti ilə bağlı məlumat verilib.
Məlumatda deyilir ki, Putin Erdoğana Qarabağ ətrafında hərbi münaqişənin tənzimləmə variantlarının axtarışı məqsədi ilə Azərbaycan və Ermənistan liderləri ilə apardığı telefon məsləhətləşmələri barədə məlumat verib.

Xəbər lenti