“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”

20 Aprel 2022, 00:30
20 Aprel
2022
00:30
667
Sabirabad sakinləri polisin əməlindən prokurorluğa şikayət ediblər
"Qapını kilidlədi, pəncərədəki pərdəni aşağı saldı, dəyənəyi götürüb üstümə cumdu, məni vurmağa başladı. Eləcə deyirdi, yaz ki, mən yandırmışam, bu iş bağlansın. 3 saatdan çox, fasilələrlə məni döydü, dedim, burdan ölüm çıxsa da, xəbərim olmayan bir işi boynuma götürməyəcəm”.
Bunu Meydan TV-yə Sabirabadın Qaraqaşlı kənd sakini Sübhan Qurbanov deyir.
"Polis məni aldatdı ki, qonşu səndən şikayətçidir”
Bu ilin yanvarında Qurbanovlar ailəsinin qonşuluğundakı həyətdə olan tövlədə bir neçə dəfə yanğın olub. Ev sahibi yanğının qəsdən törədildiyi qənaətində olub və polisə şikayət edib. Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili olan Xəlil Əlizadə şübhələri araşdırdığını səbəb gətirərək Qurbanovların yaşadığı ünvana gəlib. Əvvəlcə bir neçə dəfə Pünhan Qurbanovu polis şöbəsinə aparıb, izahatını aldıqdan sonra buraxıb. Pünhan Qurbanovun sözlərinə görə, hətta bir dəfə onu 3 gün şöbədə də saxlayıblar:
"Bu yanğın bir neçə dəfə və ayrı-ayrı günlərdə baş verib. Hətta ilk iki yanğında mən ümumiyyətlə, rayonda olmamışam. Bununla belə, rayona qayıtdıqdan sonra məni bir dəfə fevralda polis şöbəsinə aparıblar, 3 gün orada saxlayıblar. Əməliyyat müvəkkili məni aldatdı ki, guya qonşum – yəni tövləsi yanan şəxs məndən şikayətçi olub. Şöbədən buraxılandan sonra qonşudan bu barədə soruşanda dedi ki, məndən heç bir şübhəsi, şikayəti yoxdur və olmayıb. Martda da bir neçə dəfə şöbəyə çağırmışdılar. Sonra Bakıdan kəndə qayıdan qardaşım Sübhanı da şöbəhə çağırdılar. Axırıncı dəfə aprelin 6-da ikimizi birlikdə şöbəyə apardılar. Halbuki, Sübhan yanğınlar baş verərkən Bakıda olmuşdu, dediyim kimi, yanğınlardan xeyli sonra kəndə gəlmişdi. Əməliyyat müvəkkili Sübhana işgəncə verərək məcbur edirdi ki, yanğını boynuna götürsün, iş bağlansın”.
"Qapını kilidlədi, dəyənəklə üstümə cumdu”
Sübhan Qurbanov özü də bu barədə danışır. Deyir, qışboyu Bakıda işləyib, üzü yaza kəndə qayıdanda eşidib ki, qonşuluqdakı tövlədə tez-tez yanğın çıxdığına görə qardaşı Pünhanı polis şöbəsinə aparıblar. Aprelin 6-da onu da aparıblar:

"Səhər dostumun həyətyanı sahəsində işləyirdim. Əməliyyat müvəkkili Xəlil Əlizadə gəlib bildirdi ki, onunla polis şöbəsinə gedib izahat yazmalıyam. Qardaşımı da, məni də apardı, məni bir otağa saldı, qapını kilidlədi, dedi, yaz ki, yanğını sən törətmisən, bu iş bağlansın. Mənsə imtina elədim, dəyənəklə üstümə cumdu, orada saxlandığım saatlarda məni bir neçə dəfə döydü, dedi, yazmasan, burdan heç yerə çıxa bilməyəcəksən. Axşama kimi getdi – gəldi, dəyənəklə döydü, ancaq istədiyini yazmadım”.
"Gördüm ki, qardaşımın vəziyyəti ağırdır”
Pünhan Qurbanovsa qardaşından fərqli olaraq, otaqda yox, KPZ-də saxlandığını deyir:
"Bizi ayrı saxladıqlarından Sübhandan xəbər tuta bilmirdim. Mən izahat yazdım ki, qonşuyla heç bir ədavətimiz, qərəzimiz olmayıb, yanğından da xəbərim yoxdur. Axşam saatlarında idarədən buraxılanda gördüm ki, qardaşımın vəziyyəti ağırdır, evə zorla gətirdim, bədənində döyülmə izləri vardı. Sabahı gün rayon prokurorluğuna müraciət etdik”.
"Rəis müavini bizə hədə-qorxu gəldi”
Qardaşların sözlərinə görə, Sabirabad Rayon Prokurorluğuna müraciət etdikdən sonra Sabirabad Rayon Polis Şöbəsinə çağırılıblar. Pünhan Qurbanov danışır:
"Bizi rəis müavini çağırmışdı. Prokurorluğa şikayət etdiyimizə görə hədələdi, bizə "yolunuz yenə şöbəyə düşə bilər” kimi eyhamlar vurdu. Mən bildirdim ki, qardaşım döyülüb, onu döyən bunun cavabını verməlidir. Nəyə görə polis araşdırıb hadisəni törədəni yox, bu işdə günahsız insanları dindirməlidir, üstəlik də tələb etməlidir ki, hadisəni boynuna götürsün? Burda polisin marağı nədir?”

Sabirabad Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Qurbanov qardaşları şöbəyə dəvət olunublar, izahatları alınıb, sərbəst buraxılıblar. Qardaşlara qarşı hər hansı qanunsuz hərəkət olmayıb.
Sabirabad Rayon Prokurorluğundansa bildirilib ki, Sübhan və Pünhan Qurbanovlar ərizəylə müraciət ediblər. Sübhan Qurbanov ekspertizadan keçib, araşdırmalar davam edir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Foto, Cəmiyyət
Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
Manşet, Foto, Cəmiyyət
“Qazi ailəsinin, körpə oğlunun iki gün ac yatması nə deməkdir?!”
-
Manşet, Foto, Cəmiyyət
Robert Eyyubova yüksək vəzifə verildi
-
Manşet, Foto, Cəmiyyət
Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu
-
Manşet, Foto, Cəmiyyət
“Tərtər işi”ndən zərərçəkən: “Şəxsən mənə Hikmət Həsənov işgəncə verib”
-
Manşet, Foto, Cəmiyyət
Tofiq Yaqublu: “Amansızca döyürdülər, elə bildim öldürəcəklər”
-
Manşet, Foto, Cəmiyyət
Dünənki döyüşlərdə şəhid olanlar: Ümid, Orxan, Elmin, Natiq, 2 Elçin, Murad... - BİRİNİN KÖRPƏ QIZI QALDI, DİGƏRLƏRİNİN CƏMİ 18-19 YAŞI VARDI