Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi: “Dəfn mərasimində iki nəfər iştirak etdi” Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi: “Dəfn mərasimində iki nəfər iştirak etdi”

Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi: “Dəfn mərasimində iki nəfər iştirak etdi”
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan yeganə nəvəsi Gülnarə Kürdəmir vəfat edib. Bu barədə HafizTimes.com-a Gülnarə Kürdəmirin qızı Nilufer Sanders məlumat verib.
Onun sözlərinə görə, G.Kürdəmirin cənazəsi artıq dəfn edilib: "Anam 3 gün öncə vəfat etdi. O, uzun müddət idi ki, xəstəxanada müalicə olunurdu. Anamın cənazəsini Zincirliquyu qəbirstanlığında, Kürdəmir ailəsinin üzvləri – babam Əliəşrəf Kürdəmir, nənəm Sara xanım, Zərifə xalam və qardaşım Fikrətin məzarlarının yanında dəfn ediblər. 

-Bəs ananız Gülnarə Kürdəmirin dəfn mərasimində kimlər iştirak edib?
-Səhhətimlə əlaqədar olaraq mən də anamın dəfn mərasimində iştirak edə bilmədim. Bodrum şəhərində yaşayıram. Bir neçə gün öncə yıxıldım və çiyin nahiyəmdən ağır xəsarət aldım, əməliyyat olundum. Həkimlər təyyarə ilə getməyimə icazə vermədilər. Sadəcə olaraq iki qohumumuz anamın dəfn mərasimində iştirak edib. 

-Azərbaycandan da heç kim dəfn mərasimdə iştirak etməyib?
-Xeyr. Qeyd etdiyim kimi, yalnız iki qohumumuz anamın dəfn mərasimində olub.  
Xatırladaq ki, Əlimərdan bəy Topçubaşı mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub.
 
Gülnarə Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi. 





Xəbər lenti