Əli Kərimlinin mühafizəçisinin həbs müddəti uzadıldı

20 Noyabr 2020, 16:27
20 Noyabr
2020
16:27
364
Niyaməddin Əhmədov qərardan apelyasiya şikayəti verəcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov haqqında həbs-qətimkan tədbirinin müddəti 5 ay da artırılıb. Bu barədə Meydan TV-yə AXCP mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, N.Əhmədovun istintaq dövründə həbsdə saxlanma müddəti aprelin 23-nə qədər uzadılıb.
Həbs müddətinin uzadılması haqda qərarı Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev verib.
Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Ramiq Babayev məhkəmədə prokurorun təqdimatını müdafiə edərək bildirib ki, müddətin uzadılmasına zərurət var, çünki istintaqı yekunlaşdırmaq mümkün olmayıb.
N.Əhmədov isə təqdimata etiraz edib. O bildirib ki, heç bir cinayət törətməyib, təqsiri yoxdur, amma bu ilin aprelindən həbsdə saxlanılır. Siyasi sifarişlə həbs olunduğunu vurğulayan N.Əhmədov Ə.Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını bildirib.
AXCP-dən bildirilib ki, həbs müddətinin uzadılması haqda qərardan apelyasiya şikayəti veriləcək:
"Apelyasiya məhkəməsində Niyaməddin Əhmədovun başqa bir şikayəti də var. O, 8 aydır ki, ailə üzvlərilə əlaqə saxlaya bilmir. Onun həftədə iki dəfə ailəsilə telefonla danışmaq və həftədə bir dəfə görüşmək hüququ pozulur. Bu pozuntu ilə əlaqədar məhkəməyə müraciət olunub. Amma Sabunçu Rayon Məhkəməsində onun özünü gətirmədən, vəkilinə xəbər vermədən məhkəmə keçirib, ərizənin geri qaytarılması haqda qərar çıxarıblar. Həmin qərardan da apelyasiya şikayəti verilib”.
Niyaməddin Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb.
İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.
N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi