Eldar Həsənovun övladları prezidentə müraciət etdi

02 Mart 2022, 13:40
02 Mart
2022
13:40
768
"Bunları qorxularından sizdən gizlədirlər…”
Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun övladları hesab edir ki, onların atasıyla bağlı bir çox həqiqəti dövlət başçısından gizlədirlər. Onların fikrincə, əgər Prezident İlham Əliyev həqiqətləri bilsəydi, Eldar Həsənovla bağlı bugünkü mənzərə fərqli olardı. Bu haqda onlar prezidentə müraciətlərində yazıblar.
Sabiq səfirin iki qızı – Səbinə Hüseynova və Emilya Qurbanova, həmçinin oğlu Anar Həsənov prezidentə müraciət edib.
Onlar bildirir ki, ataları ədalətsizliyə, zülmə, təqiblərə və ayrı-seçkiliyə məruz qalıb, ona layiq olmadığı ağır cəza verilib. Buna baxmayaraq, məhkəmədə son sözündə də dediyi kimi, ömrünün sonuna qədər sədaqətli qalacağına söz verib. Sabiq səfirik övladları vurğulayıb ki, onların böyük var dövlət sahibi olması haqda iddialar yalandır, Türkiyədə kirayədə yaşayırlar. Hətta Bakıda müsadirə olunan mənzilləri də təmirsiz idi.
Onların sözlərinə görə, atalarının səfir fəaliyyətilə heç bir əlaqəsi olmayan əmlakları da müsadirə edilib: "20-30 il bundan əvvəl vicdanlı vətəndaş kimi öz adımıza aldığımız hər 3 övladın əmlaklarının üzərinə qanunsuz həbs qoyuldu, müsadirə olundu. Amma biz övladlar bundan məyus deyilik, dünya malı dünyada qalır, biz heç vaxt ərkəsöyün böyüməmişik…”
Sabiq səfirin övladları əlavə edib ki, onlar Bakıda, Böyük Britaniyada, İsveçrədə təhsil alıblar. 3 övladdan ikisi elmlər doktoru, biri isə isə elmlər namizədidir.
"Atamız haqqında sizə qisas almaq məqsədilə yalan, uydurma, şər-böhtan xarakterli məlumatı verməklə həbsinə nail olanlar bizə məlumdur. Baxmayaraq ki, onlar hər vasitə ilə bizə çatdırırlar ki, onlarlıq bir məsələ yoxdur, ən yüksək səviyyədə verilmiş göstərişdir, biz sadəcə icraçıyıq. Elə düşünürlər ki, biz də bu nağıllara inanırıq. Yeri gəlmişkən son 15 ildə Azərbaycanda həbs olunan, tanınan hər kəslə bağlı bu standart ifadələri elə Sizin rəhbərliyiniz altında çalışan bəzi insanlar bilərəkdən yayır.
Atamız Xarici İşlər Nazirliyilə bağlı başlanmış cinayət işi üzrə həbs olundu. Az müddət sonra o iş üzrə bütün həbs olunanlar azadlığa buraxıldı. Onlardan ən yaşlısı – 67 yaşında olan atamız bu günə qədər həbsdədir. Azərbaycanın xarici ölkələrdə 78 səfirlik və diplomatik nümayəndəliyi olsa da, yalnız Avropada ən az büdcəsi olan atamızın çalışdığı Səfirliyin 20 illik fəaliyyəti yoxlanıldı. Ailəmizin, qohum-əqrəbalarımızın evlərində axtarışlar aparıldı. 38 nəfər barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Bir dənə də olsun, qanuna zidd əməl aşkarlanmadı Buna baxmayaraq, çox amansız bir hökm oxundu. Əminik ki, bütün bunları qorxularından sizdən gizlədirlər…”, – Eldar Həsənovun övladları prezidentə yazır.
Onlar sabiq səfirin səhhətindəki problemlərə də toxunub. Onun son 5 ildə 7 dəfə cərrahiyyə əməliyyatı keçirdiyini vurğulayıb. Övladları bildirib ki, Eldar Həsənov həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar olub: "O, 3 dəfə DTX-nın hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq, müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən, yarımçıq saxlanıldı, istintaq təcridxanasına qaytarıldı. Son 5 ayda qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik 31 dərman qəbul edən bir insana belə qeyri-insani, qeyri-humanist, amansız, qəddar münasibət olarmı?! Düşünün, sivil dünyanın hansı ölkəsində belə bir hal ola bilər?!”
Onlar əlavə edib ki, ataları həbsdə olduğu bir vaxtda analarının da durumu ağırdır, 5 aydır ki, Türkiyədə xəstəxanadadır: "Hər gecə birimiz yanında qalırıq, övladlar olaraq bilmirik kimin yanında olaq, kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək?!”
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş Prokuroru olub. 2001-1012-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri işləyib. 2020-ci il avqustun 13-də Bakıda DTX əməkdaşları tərəfindən saxlanıb. O, həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda prezident fərman imzalayıb.
Eldar Həsənov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla 10 il azadlıqdan məhrum edilib. O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması və s. lahiyələrin icrası zamanı yeyintilərə yol verməkdə təqsirli bilinib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: "Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.
Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 il həbs hökmündən apellyasiya şikayəti verib. Apelyasiya şikayəti üzrə ilkin baxış iclası martın 10-da keçiriləcək.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu