"Əfvdən bir gün sonra Anar Məmmədova cəza verilməsi göstərir ki, hakimiyyət həbsxanalardan dəyirman qapısı kimi istifadə edir"

Beynəlxalq ictimaiyyət Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da əfv fərmanı ilə 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışlayb. Birləşmiş Ştatlar Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq etdiyini bəyan edib.
Azərbaycan prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı 431 nəfəri əhatə edir. Onlar arasında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan çoxsaylı insanlar, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanov, ictimai-siyasi fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və başqaları var. Bir sıra müşahidəçilər siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmasını beynəlxalq ictimaiyyətin artan təzyiqləri ilə əlaqələndirir.
Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinin "Amerika icmalı” proqramında müsahibəsində əfv fərmanı, Qərbin təsir vasitələri və ABŞ-Azərbaycan insan haqları dialoqu haqda danışıb. "Beynəlxalq ictimaiyyət məhz bu insanların haqsız yerə tutulduqlarını vurğulamaqla azadolunmanın bir modelinin altını cızmayıb. Deməyib ki, `get, əfv etə hamısını`. Deyib ki, `bu insanların həbsi qanunsuzdur və onlar dərhal, qeyd-şərsiz azad olunmalıdır`. Hakimiyyət bu prosesi icra etmək üçün əfv metodunu seçibsə, bu, təqdirəlayiqdir.”
Jurnalistin fikrincə, beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinin bundan sonrakı addımlarını diqqətlə izləyərək, hökumətin öz üzərinə götürdüyü öhdəliklərinə əməl etməsi üçün çağırışlarını davam etdirəcək. "Bu çağırış, ümumi xəttin davamıdır. Birincisi, burada hakimiyyətin ortaya qoyduğu iradə etiraf olunduğu halda, bu iradənin əsaslı olduğu, dediyim kimi, yəni buda hər hansı `bazarlıq`, `alver` və yaxud hakimiyyətin bu insanlara qarşı təqiblərinin davamının olmaması, bütün bu addımlar gözlənilir. Bu bir `iməkləmə`dir. Bu, heç addım da deyil. Hakimiyyət əfvi islahatlar fonunda təqdim edir. Amma bu islahatlara doğqu bu, `iməkləmə`dir. O baxımdan, beynəlxalq ictimaiyyət, Qərb dünyası bu məsələdə daha qətiyyətli, ayağa durub addım atmaq gözləyir Azərbaycan hakimiyyətindən.”
Ələkbər Raufoğlu Qərbin müxtəlif təsir mexanimzlərinə malik olduğunu deyib. "Azərbaycana münasibətdə mən daha çox `reputasiya` təsirindən bəhs edərdim. Yəni Qərb Azərbaycana onun özünün götürdüyü öhdəlikləri xatırlatmaqla bəzən kifayətlənir. Daha uzağa getməyək, Azərbaycanla eyni vəziyyətdə olan digər ölkələrlə müqayisədə Qərb daha yumşaq təsir metodları seçir. Bunun da müxtəlif səbəbləri var. Hakimiyyət bəzən bir növ bunu özünə qarşı təzyiq kimi gördüyü halda daha qeyri-sabil davranış nümayiş etdirir. Qərb ona görə daha ehtiyatlı formada xatırlatmaqla, birincisi, öz qanunlarını, ikincisi də beynəlxalq qanunları yadına salmaqla Azərbaycan hakimiyyətinin müəyyən irəliləyişə nail olmağa çalışır.”
Ələkbər Raufoğlu daha sonra bildirib ki, əfvdən bir gün sonra, Criminal.az saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verildi. Bu onu göstərir ki hakimiyyət həbsxanalardan dərman qapısı kimi istifadə edir" 
Ələkbər Raufoğlu Qərblə müzakirə formatının bir növü kimi ABŞ və Azərbaycan arasında insan haqları dialoqunun bərpasının vacibliyini qeyd edib. "Bu dialoqun olması ilk növbədə Azərbaycanın özü üçün vacibdir və tələb oradan gəlməlidir. Bir məqamı xatırladım ki, belə bir dialoq o vaxt hələ Azərbacyanın mərhum keçmiş prezidenti tərəfindən irəli sürülmüşdü və sonra İlham Əliyev hakimiyyətə gəldikdə 2005-ci ildə rəhmətlik Elmar Hüseynovun qətlindən bir neçə ay sonra ABŞ d övlət katibinin müavini Bakıya səfər edən zaman bu dialoq məsələsinə Azərbaycan hakimiyyəti özü qayıtdı. Və məhz İlham Əliyevin təklinfindən sonra o vaxtı ABŞ Dövlət Departamenti cavab olaraq, ABŞ-Azərbaycan dialoqunun əsasını qoydu.” 

Xəbər lenti