Saakaşvili özünü damdan atmaq istəyir - CANLİ

Saakaşvili özünü damdan atmaq istəyir - CANLİ

Ukraynada Odessanın keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qaldığı evə xüsusi xidmət orqanlarının əməkdaşları basqın edib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun keçmiş birinci müavini David Sakvarelidze özünün Facebook səhifəsində məlumat yayıb.

“Mixail Saakaşvilinin evində qapını sındırırlar? Kostelnaya keçəsi, 7, mənzil 32. Ora yığışırıq”-Sakvarelidze yazıb. Baş prokurorun keçmiş birinci müavini daha sonra bildirib ki, Saakaşvili mənzilinə basqın edən hüquq-mühafizə orqanları əməkdaşlarından xilas olmaq üçün binanın damına çıxıb. Mənzilə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları basqın edib, onlar qapını sındıraraq içəri daxil olublar və axtarış aparırlar. TSN telekanalı xəbər verir ki, Saakaşvili binanın damından özünü aşağı atmaqla hədələyir. Siyasətçi bildirir ki, əgər ona toxunsalar özünü aşağı atacaq. Bu səbəbdən onun evinə xilasedicilər və tibb işçiləri cəlb olunub.




Loading...

Loading...