Saakaşvili çimmək üçün otelə girmək istəyib, buraxmayıblar

Saakaşvili çimmək üçün otelə girmək istəyib, buraxmayıblar

Ukraynada rəsmən axtarışda olan, ancaq Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının əlindən qaçırılandan sonra Kiyevdə parlamentin qarşısında tərəfdarları ilə mitinq keçirən Mixail Saakaşvili bu gün səhər çimmək üçün otellərdən birinə girmək istəyib. Ancaq onu içəri buraxmayıblar.

Virtualaz.org xəbər verir ki, bunu Ali Radanın deputatı Anton Geraşeonko açıqlayıb. “Saakaşvili axtarışdadır, onu yaraqlılar əhatə edib. Polis ona görə kəskin hərəkətlər etmir ki, qan tökülməsin. Çünki Saakaşvilinin arzusu çoxlu qan axıdılmasıdır ki, dünyaya onları döydüklərini göstərsin. Biz onlara bu variantı verməyəcəyik”-deputat deyib.

Geraşenko əlavə edib ki, bu gün səhər Saakaşvili ikinci dəfə “Kiyev” otelinə soxulmaq istəyib. Çalışıb ki, kiminsə nömrəsində çimsin, lakin onu buraxmayıblar. Deputatın sözlərinə görə, Saakaşvili parlamentin qarşısındakı çadır düşərgəsində gizlənir.

“Oradan kənara çıxmır...Lakin o, törətdiyi cinayətlərə görə cavab verəcək”-deputat əlavə edib.




Loading...

Loading...