Məhşur kriminal avtoritetin qatili müəllim imiş... - FOTO

Məhşur kriminal avtoritetin qatili müəllim imiş... - FOTO

Moskvanın Kuntsevo Rayon Məhkəməsi uşaq mərkəzinin məşqçisini həbs etdi. 49 yaşlı Aleksandr Nevzorov məhşur kriminal avtoritet İqor Belovun qətlində təqsirli bilinir. İ.Belov bir neçə gün əvvəl, daha dəqiqi oktyabrın 3-də qətlə yetirilib.

Məşqçi məhkəmədə ittihamla razı olmadığını, cinayəti özünü müdafiə üçün törətdiyini deyib. Onun sözlərinə görə, sərxoş Belov iki bıçaqla ona hücum edib. Özünü müdafiə etmək üçün onu vurub.

İstintaq A.Nevzorovun özünü müdafiə etmək üçün qətl törətməsi versiyasının araşdırır. Ancaq məlum olan odur ki, İ.Belova 7 dəfə atəş açılıb.

İ.Belov keçmişdə "Solntsevskaya" kriminal qrupunun üzvü olub və quldurluq əməlinə görə məhkum edilib. Hadisə də onun keçmiş rəhbəri Aleksandr Kaliqinin (Alik) anım mərasimində baş verib. Belovu qan içərisində qəbiristanlıq işçiləri tapıb.

Şahidlər deyir ki, anım mərasimində iştirakçılardan biri avtoritetlə mübahisə edib və ona travmatik tapançadan atəş açıb. 




Loading...

Loading...