Maltada jurnalistin öldürülməsi ilə əlaqədar səkkiz nəfər həbs edilib

Maltada jurnalistin öldürülməsi ilə əlaqədar səkkiz nəfər həbs edilib

Polis ölkənin bir neçə şəhərində əməliyyat keçirir 

Maltada səkkiz yerli vətəndaş arşdırmaçı jurnalist Dafna Karuana Qalisiyanın  (Daphne Caruana Galizia) qətlə yetirilməsi işi ilə bağlı həbs olunub.

Bu barədə BBC xəbər verir.

Karuana Qalisiya oktyabrın 16-da evinin yaxınlığında avtomobilinin partladılması yolu ilə öldürülmüşdü.

Maltanın Baş naziri Jozef Muskat (Joseph Muscat) jurnalistlərə bildirib ki, Marsa şəhərində, Bugibba və Zebbug ərazilərində polis əməliyyatı keçirilir.

53 yaşlı jurnalist Karuana Qalisiya bloqlarında partiya mənsubluğundan asılı olmadan yüksəkrütbəli siyasətçilər arasında iddia edilən korrupsiyadan yazırdı.

Keçmiş Daxili İşlər naziri Louis Galea 30 illik jurnalist təcrübəsi olan Karuana Qalisiyanı  “Maltanın ən cəsur jurnalisti” adlandırmışdı.

Hökumət, jurnalisti qətlə yetirənlər barədə məlumata görə €1milyon ($1.2 milyon) mükafat vəd edib. 

İstintaqın aparılmasına Malta rəsmiləri FTB (ABŞ-ın Federal Təhqiqqat Bürosu) əməkdaşlarını da cəlb ediblər.

Baş nazir Muskat həbs onunanlar barədə daha təfərrüatlı məlumat almaq istəyən jurnalistlərin suallarını şərh etməyib, Malta Today nəşri bildirib.

“Onların nə etdiyi və onların kimliyi barədə məlumatım var, lakin təffərüatlar barədə məlumat verə bilmərəm”, - Baş nazir deyib. 

Jurnalistin üç oğlu “fundamental azadlıqları” qoruya bilmədiyinə görə Baş naziri istefa verməyə çağırıb.

Dünyanın aparıcı ən iri səkkiz mətbuat vasitəsi Avropa Komissiyasını qətli araşdırmağa çağırıb.




Loading...

Loading...