İsrail ordusu Qəzzanı bombaladı

İsrail ordusu Qəzzanı bombaladı

 İsrail ordusu Qəzza zolağından raketlərin atılmasına cavab olaraq, həmin ərazidəki bir neçə mövqeyə zərbələr endirib. APA-nın “Haaretz”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildrilib.

Məlumata görə, əməliyyata tanklar və aviasiya cəlb edilib. İsrail ordusu Qəzza zolağından törədilən bütün hücumların arxasında HƏMAS-ın durduğunu bəyan edir. Qeyd edək ki, bundan əvvəl Qəzza zolağından İsrail tərəfə 2 raket atılıb.




Loading...

Loading...