İsrail İranın hərbi bazasını bombaladı

İsrail İranın hərbi bazasını bombaladı

İsrail Hərbi Hava Qüvvələri İranın Suriyadakı hərbi bazasını bombardman edib. Oxu.Az-ın Haaretz qəzetinə istinadən məlumatına görə, aviazərbələr Dəməşqdən 13 kilometr aralıda Əl Kisvayada yerləşən hərbi bazaya endirilib.

Hava hücumundan sonra ərazidən güclü partlayış səsləri eşidilib və elektrik enerjisi kəsilib. Suriya hökuməti qoşunları İsrail qırıcılarını cavab atəşinə tutublar. İsrailin rəsmi şəxsləri hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər.




Loading...

Loading...