İŞİD-ə əsir düşən ruslar Rusiyanı belə “satır” – İkinci VİDEO

İŞİD-ə əsir düşən ruslar Rusiyanı belə “satır” – İkinci VİDEO

Rusiya hərbi qulluqçularının əsir götürülməsinin təsvir olunduğu videonu yayıb. Publika.az xəbər verir ki, video terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4 Telegram” kanalı tərəfindən dərc edilib. Bu, əsir götürülən rusiyalılarla bağlı ikinci videoyazıdır.

Videoya görə, İŞİD döyüşçüləri kişilərin şəxsiyyətlərini müəyyənləşdirirlər. Aydın eşidilir ki, rusiyalılardan biri silah haqqında informasiyaya malik olduğunu bildirir. “Məndə silah haqqında informasiya var, mən xəritələrlə işləyirdim. Biz informasiya ilə qərargaha gedirdik”, - Roman Zabolotnıy danışır. İŞİD döyüşçüləri əsirləri donuz adlandırırlar. Kadrlar, ehtimal ki, mobil telefonla çəkilib. Xatırladaq ki, Rusiya hərbçiləri ilə bağlı əvvəlki video oktyabrın 3-də dərc edilib. Videoçarxda böyük saqqalı olan iki nəfərdən biri Roman Zabolotnıy Vasiliy kimi təqdim edilir. 1979-cu il təvəllüdlü rusiyalı Rostov vilayətinin Aksayski rayonunun sakini olduğunu bildirir.

O, qeyd edir ki, Suriyanın Şulya qəsəbəsi ətrafında İŞİD-in əks-hücumu zamanı əsir götürülüb. Roman Vasiliy onun yanındakı Rusiya hərbçisinin adının Qriqori Surkanov olduğunu bildirir. Müdafiə Nazirliyi isə Rusiya hərbçilərinin İŞİD-ə əsir düşməsini təkzib edib. Oktyabrın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva İŞİD-ə əsir düşən insanların taleyindən narahatdır. “Kreml onların taleyi ilə məşğul olmaq imkanlarına malik deyil, amma müvafiq xidmətlər onların vətəndaşlığının müəyyən edilməsi üçün bütün imkanlardan istifadə edəcəklər”, - o deyib.

Don kazakları isə Zabolotnıyı tanıdıqlarını bildiriblər. Onların sözlərinə görə, heç kim onun Suriyaya getdiyini bilmirdi. KİV-in yazdığına görə, Zabolotnıy şəxsi hərbi şirkətə xidmət edirdi. Həmçinin məlum olub ki, Surkanov da muzdludur və Ukraynanın cənubi-şərqində, həmçinin Yuqoslaviyada vuruşurdu. Bildirilir ki, bu, onun Suriyaya birinci ezamiyyəti deyildi. Öz növbəsində şəxsi mənbələrə istinadən Rostov-na-Don şəhər dumasının deputatı Anatoli Kotlyarov “Dojd” kanalına Zabolotnıyın öldürüldüyünü deyib. Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədr müavini Viktor Vodolaskiy bildirib ki, Zabolotnıy və Surkanov “99 faiz sağ deyil”.




Loading...

Loading...