Fətullahı oğurlayıb gətirmək üçün 15 milyon dollar

Fətullahı oğurlayıb gətirmək üçün 15 milyon dollar

ABŞ-da dərc olunan nüfuzlu “The Wall Street Journal” qəzeti yazır ki, ilahiyyatçı Fətullah Gülənin ekstradisiyasına kömək üçün Türkiyə hökuməti ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnə 15 milyon dollar təklif edib.

Gülən Türkiyədə 2016-cı ilin iyul ayında törədilmiş uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçısı kimi ittiham olunub və onun barəsində qiyabı həbs cəzası verilib. Həmin vaxtdan bəri rəsmi Ankara ABŞ-da mühacir həyatı keçirən ilahiyyatçının ekstradisiya olunmasına çalışır.

Virtualaz.org xəbər verir ki, mənbənin bildirdiyinə görə, Ankara təmsilçiləri Flinnlə ötən ilin dekabr ayında görüşüblər. Almaniyanın “Deutsche Welle” nəşri əlavə edir ki, bu görüşdə Pensilvaniyada yaşayan Gülənin özəl təyyarədə zorla Türkiyəyə çatdırılması planı müzakirə olunub.

Qəzetin iddiasına görə, bu hadisə ABŞ-ın xüsusi prokuroru Robert Müller tərəfindən başlanmış təhqiqatın predmetinə çevrilib. Xatırladaq ki, Flinn Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla əlaqələri barədə hesabatından sonra administrasiyadakı vəzifəsini tərk etmişdi. Müllerin əsas araşdırma obyekti Rusiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən təsiridir.

WSJ vurğulayır ki, Trampın keçmiş müşavirinin Ankaradan hər hansı məbləğdə pul almasına işarə edən dəlil yoxdur. Maykl Flinnin vəkilləri məqalədə adı göstərilən məlumatları “cəfəng” və “hiddətləndirici” adlandırıblar.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər