Əməliyyat zamanı erməni əsgərin 2 dəfə ürəyi dayanıb

Əməliyyat zamanı erməni əsgərin 2 dəfə ürəyi dayanıb

2 iyun 2017-ci ildə Qarabağdakı separatçı rejimin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissədə 10 ay xidmət etdikdən sonra çavuş Levon Qazaryan qoşunların təmas xəttinin Talış istiqamətində döyüş növbətçiliyini dəyişərkən yaralanıb. Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, Qazaryan səslər eşitdiyini və posta diversiya həyata keçirildiyini, hücum edildiyini düşünərək qarşısını almaq istədiyini bildirib.

Onun sözlərinə görə, yaralandıqdan sonra avtomobil yolu olmadığına görə əsgər yoldaşları onu 800 metrədək məsafədə daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər. Oradan maşınla Ağdərədəki hərbi hospitala aparılıb. Atası Aleksan Qazaryanın dediyinə görə, onu Ağdərədə əməliyyat edərək, ağciyər və qaraciyərinin yaralarını tikiblər. Yaralı erməni əsgəri Levon Qazaryanın əməliyyatı 5 saat davam edib. Əməliyyat zamanı 2 dəfə ürəyi dayanıb. Onun ağciyərinin bir hissəsi çıxarılıb, müxtəlif nahiyyələrində qırıqları olub.

Vəziyyəti ağır olduğundan süni nəfəsalmaya qoşularaq hava nəqliyyatı ilə İrəvana təxliyyə edilib. İrəvan hospitalının reanimasiya şöbəsində 2 ay müalicə olunub. Onun yaralanması haqqında ailəsinə hərbi komissarlıq məlumat verib. İndi sağlamlığının bərpa mərhələsindədir. 1 il xidmət müddətindən sonra hərbi xidmətə yararlı olmadığına görə təxris edilib. Əlillik dərəcəsi almaq üçün Eçmiədzin şəhər sosial təminat şöbəsinə müraciət edib. Komissiya müayinə etdikdən sonra ona əlillik dərəcəsinin verilməsi müraciətini rədd edib. Komissiya heyəti izah edib ki, bundan öncəki qanunla əlillik dərəcəsi verilə bilərdi, ancaq qanunda baş vermiş son dəyişikliyə görə əlillik dərəcəsi düşmür.

Həkimlər onun valideynlərinə deyib ki, şükür et ki, övladın əlil olmayıb. Ancaq valideynlər deyir ki, sağlam vermişəm, sağlam qaytarın, onun döş qəfəsində 50-dək tikiş var və ağciyərinin yarısı yoxdur. Yaralı erməni əsgərinin valideynləri sakit olsalar da, onların qohumları yaranmış vəziyyətə narazılıq bildirir. Onların izah tələb edir ki, bəs hər ay maaşlarımızdan hərbi qulluqçulara sığorta adı ilə tutulan 1000 dram vəsaiti kimə verirlər, yaralı Levon Qazaryana heç bir sığorta vəsaiti verilməyib. Atası banklardan məcbur kredit götürməklə müalicə xərclərini ödəyir. Yaralı erməni əsgərin atası bildirib ki, nə müdafiə nazirliyindən, nə də qulluq etdiyi Ağdərədəki hərbi hissəsindən heç kim maraqlanmayıb. Heç bir dövlət yardımı edilməyib.




Loading...

Loading...