Bəy toy günü gəlini öldürdü - FOTO

Bəy toy günü gəlini öldürdü - FOTO

Türkiyədə bəy toy günü gəlini qətlə yetirib. Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə Bursa vilayətinin Mərkəz Yılldırım qəsəbəsinin İsabəy məhəlləsində baş verib.

Bildirilir ki, 23 yaşlı Metehan Yurtoğlu 4 ay əvvəl 22 yaşlı Güllü Yurtoğluna elçi göndərib. Lakin qızın ailəsi oğlanın narkotik istifadəçisi olduğunu deyərək Güllünü ona verməyib. Bundan sonra gənc oğlanla sevgilisi qaçmağa qərar veriblər və rəsmi nikaha daxil olublar.

2 gün əvvəl onların xınayaxdı mərasimi keçirilib. Dünən isə cütlüyün toyu olacaqmış. Lakin hələlik məlum olmayan səbəblərdən 23 yaşlı oğlan çörək bıçağı ilə qıza çoxsaylı zərbələr endirərək onu öldürüb. Daha sonra qaçan 23 yaşlı Metehanı tarlada tutub polisə təhvil veriblər.


Bəy toy günü gəlini öldürdü - FOTO


Loading...

Loading...