9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü

9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü

İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib. Ölkə.az xəbər verir ki, qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib. Hadisə Londonun şimalındakı Harrou rayonunda baş verib. 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqdan bir dilim yeyib və halı pisləşib.

Uşağı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. 5 gündən sonra isə Nainika dünyasını dəyişib. Həkimlər bildiriblər ki, uşağın yumurta və soyaya qarşı allergiyası olub. Bu səbəbdən vəziyyəti pisləşib.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər