21 yaşlı rus dünya yeniyetmələrini intihara necə aparır…

21 yaşlı rus dünya yeniyetmələrini intihara necə aparır…

Təhlükə siqnalı Azərbaycanda da çalınır

Son dönəmlər dünyada “Mavi balina” adlı oyunun çoxlu sayda uşaqların ölümünə səbəb olması danılmaz fakta çevrilib. Oyunun əsas missiyası odur ki, uşaqları və yeniyetmələri özündən asılı vəziyyətə gətirərək intihara sövq edir. Oyunun daha bir qaranlıq tərəfi isə içərisində şantaj elementlərinin olmasıdır. Belə ki, Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. “Mavi balina” oyunu 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir. Statistikaya görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

50 GÜN ƏRZİNDƏ 50 TAPŞIRIQ – HAMISI BİR-BİRİNDƏN TƏHLÜKƏLİ


Mövzunu aktual edən bir məqam isə bu yaxınlarda bölgələrimizdən birində yeniyetmə bir uşağın intihar etməsi idi. Mövzunu araşdıran jurnalistlər intiharın kökündə “Mavi balina” oyununun olmasından şübhələniblər. Çünki intiharın üslubu, yeniyetmənin ölümündən öncəki davranışları bunu sübut edən detallar sırasındadır.

Yaxşı, nələrdir bu detallar? Musavat.com mövzunun aktuallığını nəzərə alaraq, bunun ətrafındakı detalları araşdırır.

Oyunun bəzi mərhələlərində hələ məktəb yaşında olan uşaqlardan əl biləklərinə və ya ayaqlarına iti ucu olan bir əşya ilə bir balina qazması və ya bədənindəki damarlarına yaxın kəsiklər atması istənilir. Bəzi günlər saat 04.20-də oyandırılıb, gün boyunca oyun idarəçilərini göndərdiyi qorxunc görüntülərin izlənməsi də bir başqa vəzifədir. Manipulyasiya edən uşaqlar 49 vəzifə boyunca özlərinə psixoloji və fiziki zərərlər verib, həyatdan qoparılır. 50-ci gün final vəzifəsi isə “balina olmaq” adını daşıyır və oyunu oynayan şəxsin intihar etməsini əmr edir.

OYUNUN YAYILDIĞI ÖLKƏLƏR SIRASINDA AZƏRBAYCAN DA VAR

Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın “Novaya qazeta” nəşrinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

Mavi Balina oyunu nedir, nasıl öldürüyor?

“Mavi balina” oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırılma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də “Mavi balina” oyunun yaradıcı olduğu ehtimalı var.

Dünyada yüzlərlə gəncin ölümünə səbəb olduğu ehtimal olunan bu oyuna qarşı “Ononimous” da təpki göstərərək kampaniya başladıb.

Mənbənin yazdığına görə, təkcə bir ay ərzində Türkiyədə iki gəncin məhz bu oyunun təsiri nəticəsində intihar etdiyi məlum olub. Onlardan biri Evrim Mertinin ailəsi oğullarının son zamanlar bu oyuna aludə olduğunu və intiharında bu oyunun rolu olmasını ehtimal edirlər. Psixopat oyuna qoşulan gəncin məhz bu səbədən intihar etdiyinin sübuta yetirilmıəsi üçün ailə hüquq-mühafizə orqanlarına üz tutub.

 

Məlumat üçün bildirək ki, artıq bəzi ölkələrdə hüquq-mühafizə orqanları bu oyunla bağlı araşdırmalara başlayıblar. Bu ilin əvvəlində Qırğızıstanda internetdə oynanılan “Mavi Balina” oyununun iki gənci intihara sövq etməsilə bağlı Qırğızıstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Nazirlik ailələri oyunla əlaqədar xəbərdar edib.

OYUNUN QURUCUSUNDAN ŞoK AÇIQLAMA: “ÖLƏN YENİYETMƏLƏR BİOLOJİ TULLANTILAR İDİ ”

“Mavi balina” adlı oyunun qurucusu keçdiyimiz dönəmdə çıxarıldığı məhkəmədə öz günahını qəbul etmişdi. 2016-cı ilin noyabr ayında həbs edilən 21 yaşındakı Rusiya vətəndaşı Filip Budeikin məhkəmə iclasında özünü həyasız şəkildə müdafiə edib. O, deyib ki, əslində cəmiyyətdə təmizliklə məşğuldur və qurbanları da “bioloji tullantılar”dır. Oyunun administratorları isə yeniyetmələrə təsadüfi üsullarla yox, sosial media kimi vasitələrlə çatmağa çalışırlar. Onlar yeniyetmələrə gizlicə göndərdikləri linklər vasitəsilə çatmağa çalışırlar. Oyunun əngəllənməsinə dair standart bir ünvanı yoxdur. Oyun istifadəçilər arasında özəl linklər paylaşılaraq oynadılır. 
Oynamaq istəyənlərə internet piratları tərəfindən virus tərkibli bir link göndərilir. Bu linklə şəxsi məlumatları oğurlanan gənclər yaxınları ilə bağlı təhdid, şantaj və siber zorbalığa məruz qalırlar. Ailələr ‘Mavi balina’ oyunu kimi tələlərə düşməmək üçün uşaqlarının internetdən istifadə etmə vərdişlərini təqib etməlidir.

- Uşaqların oynadıqları oyunlar, ailələri ilə birlikdə müəyyənləşdirilməlidir.

- İnternetdə keçirilən müddətin məhdudlaşdırılması və oyunun uşaqların yaşına uyğun olması lazımdır.

- İnternetdə yad adamlara şübhə ilə yaxınlaşılmalı və bu insanların təhlükəli ola biləcəyi uşaqlara anladılmalıdır.

- Ailələr bir mütəxəssisdən dəstək almalı, uşaqlarını sosial aktivitələrə yönləndirməli və sosial paylaşım saytlarında onlarla dostluq edərək, internet addımlarından xəbərdar olmalı.

 




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər