21 il həbs yatmış müxalifətçi dünyasını dəyişib

21 il həbs yatmış müxalifətçi dünyasını dəyişib

 21 ildən çox həbs cəzası çəkəndən sonra 2015-ci ildə azadlığa buraxılmış özbək müxalifətçi Murod Juraev 65 yaşında dünyasını dəyişib. Daşkənddə çalışan müstəqil jurnalist Abdurahmon Tashanov Azadlıq Radiosuna deyib ki, Juraev dekabrın 4-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tashanov-un sözlərinə görə, Juraev Almaniyaya müalicəyə gedəcəkdi. Etnik türkmən olan 63 yaşlı Juraev 1990-cı illərin əvvəlində müxalifətdən deputat olub. O, 1994-cü ildə həbs edilib və hökuməti zorla devirməyi planlaşdırmaqda təqsirli bilinib. Tərəfdarları bu işin siyasi motivli olduğunu deyiblər.

Juraev 1995-ci ildə 12 illik həbsə məhkum edilib. Ancaq rəsmilər onun həbs müddətini azı dörd dəfə uzadıblar, Juraev-in həbsxanada daxili intizam qaydalarını pozduğunu bildiriblər. Onun 2015-ci ilin noyabrında həbsdən buraxılmasını beynəlxalq insan haqları təşkilatları alqışlayıblar.




Loading...

Loading...