DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"

DİN:
Daxili İşlər Nazirliyi son günlər qurumun adından "icazəsiz istifadə edənlərin" çoxaldığını bildirib, "Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qaytarılıb, ABŞ-ın yeni Prezidenti Joe Biden, Trump-ın Meksika ilə sərhəddə tikiləcək divar və digər qərarlarını ləğv edib, Ermənistan II Qarabağ Müharibəsində 3400-dən çox hərbçisinin öldüyünü, itkin düşənlərin olduğunu bildirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Qurum bildirib ki, nazirliyin adından icazəsiz istifadə etmək "məsuliyyət yaradır". "Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
DİN qeyd edib ki, sözügedən səhifə və profillərdə polisin fəaliyyətinə dair "təhrif olunmuş yanlış məlumatlar" yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara "səhv cavablar" yazılır. Qurum sosial şəbəkə istifadəçilərinə rəsmi səhifələri izləməyi, saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edib.

Xəbər lenti