Xaçmazda polisi deputat döyübsə Şəmsəddin Xanbabayevin sürücüsü niyə saxlanılıb? - O CÜMLƏDƏN “ZAPÇAST ƏNVƏR”... QALMAQALIN DAVAMI

30 İyul 2021, 18:43
30 İyul
2021
18:43
3443
Deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsinin yeni detalları məlum olub.
Bu barədə jurnalist Cəmil Məmmədli sosial şəbəkədə video paylaşıb. O, döyülmə hadisəsinin Nabranda yox, rayonun Bakı prospektində yerləşən "Starıy Dvor” kafesində baş verdiyini bildirib.
Qeyd edib ki, məlum hadisədən bir neçə gün qabaq rayonun polis əməkdaşları kafenin gecə saat 12-dən sonra işləməsinə görə onun rəhbərinə xəbərdarlıq ediblər: "Bildirim ki, kafe Eldəniz Səlimova aid deyil, sadəcə onun bacısı oğlu tərəfindən icarəyə götürülüb. Üstündən bir neçə gün keçdikdən sonra deputat Z. Mirzəyevi söhbətə çağıraraq onu qəfildən vurub”.
"Bakupost”un məsələ haqda yaydığı məlumatda isə bildirilir ki, insidentin təməli bir həftə öncədən başlayıb. Həmin vaxt reyd keçirən Xaçmaz polisi restorana gəlib və restoran rəhbərliyinə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini gecə 12-də dayandırmağı tələb edib. Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.
Hadisənin səhəri gün E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun ondan üzr istəməsini tələb edib.
Deputatın zəngindən sonra C. Mirzəyev oğluna Eldəniz Səlimovdan üzr istəməli olduğunu tapşırır və Zaur Mirzəyev də bununla razılaşır. Saytın yazdığı məlumata görə, deputat bildirir ki, restoranda 28 iyul tarixində olacaq, ora gəlib, hamının qarşısında üzr istəsin.
28 iyulda keçirilən reydə Z.Mirzəyev də salınır və onlar "Starıy Dvor”a gedərkən yenə də qanunsuzluq edildiyini, restoranın gecə 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görürlər.
Z.Mirzəyev deputatdan üzr istəyir, buna baxmayaraq, yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladır. Bu isə Eldəniz Səlimovu hiddətləndirir və o, Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyür. Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmır. Yalnız 29 iyulda insident mediaya sızdıqdan və deputatın əməlləri ifşa olunduqdan sonra Polis Şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyir. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilir.
Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib. Milli Məclisin İntizam Komissiyasından "Qafqazinfo”ya bildirilib ki, Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Video, Hadisə
İcra başçısının adı hallandırılan idarədə gizli saxlanılan faciə - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Manşet, Video, Hadisə
Azərbaycan hərbçiləri Laçında erməni əsgərlərini postlarından çıxarıb - “QORXMAYIN, SÖZ VERİRƏM, SİZƏ HEÇ NƏ ETMƏYƏCƏYİK...”
-
Manşet, Video, Hadisə
Xaçmazda polisi deputat döyübsə Şəmsəddin Xanbabayevin sürücüsü niyə saxlanılıb? - O CÜMLƏDƏN “ZAPÇAST ƏNVƏR”... QALMAQALIN DAVAMI
-
Manşet, Video, Hadisə
Bakıda Qələbə paradı başlayır - Canlı yayım
-
Manşet, Video, Hadisə
Laçında Azərbaycan bayrağı qaldırıldı
-
Manşet, Video, Hadisə
Ordumuz Laçına daxil oldu
-
Manşet, Video, Hadisə
İlham Əliyev və Mehriban Əliyeva Ağdamdadırlar
-
Manşet, Video, Hadisə
Şuşa azad edildi! - Prezident elan etdi!
-
Manşet, Video, Hadisə
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi