Daha 106 hərbçisinin meyiti Ermənistana verilib

Daha 106 hərbçisinin meyiti Ermənistana verilib
Daha 106 erməni hərbçisinin meyiti Ermənistana verilib, bu barədə "Sputnik Armenia" xəbər yayıb. Sayt yazır ki, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olmuş 106 erməni hərbçisinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib. Xəbərdə deyilir ki, tanınmamış "DQR Fövqəladə Hallar üzrə Dövlət Xidməti" "tanınmaz halda" olan hərbçilərin əvvəlcə dəfn olunduğu, daha sonra qalıqlarının Füzuli, Hadrut və Cəbrayıl qəbirlərindən çıxarılaraq təhvil verildiyi ehtimal olunduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyindən bu barədə hələlik şərh almaq mümkün olmayıb. Bundan əvvəl tanınmamış "DQR Prezidenti" Arayik Arutyunyan öz Facebook hesabında 106 hərbçinin qalıqlarının Ermənistan tərəfinə verildiyini yazıb. O, həmçinin bildirib ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.
"Qarabağın daxili işlər naziri Karen Sarkisyanın n Ədli Tibb Bürosuna (morqda) gəlib. Nazir itkin düşənlərin və ölən hərbçilərin cəsədlərinin axtarışı üçün bütün addımların atıldığını və gələcəkdə danışıqların davam etdiriləcəyini əmin edib. O, həmçinin həlak olmuş hərbçilərin valideynlərinə başsağlığı verib, onlara güc və səbr diləyib", - Sputnik Armenia yazır. Sayt yazır ki, atəşkəsin bərqərar olmasından sonra, son döyüş əməliyyatları zonasında aparılan axtarışlar zamanı "həm hərbi, həm də mülki şəxslərin 1485 nəfərinin cəsədləri və qalıqları tapılıb".

Xəbər lenti