Toyda qan töküldü: xəsarət alanlar var

Toyda qan töküldü: xəsarət alanlar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib. Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib.

Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb. Əlavə məlumat veriləcək.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır




Loading...

Loading...

Oxşar xəbərlər