Telman İsmayılovun Türkiyədəki otelində oğurluq

Telman İsmayılovun Türkiyədəki otelində oğurluq

 “Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə Türkiyənin Antalya şəhərində tikilən “Mardan Palace” otelində oğurluq hadisəsi qeydə alınıb. Türkiyə KİV-in yazdığına görə, otelin çölündə olan 2 metr uzunluğundakı 7 dekorativ qoruyucu çəpər gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Qeyd olunur ki, banka külli miqdarda borcu olan otel satışa çıxarılıb. Əməkdaşlar işdən azad edilib, işıq kəsilib, siqnalizasiya sistemi ləğv olunub. Buna görə də obyektdə bu kimi oğurluqlar artır.

Virtualaz.org xatırladır ki, bu otelin tikintisi 1.4 milyard avroya başa gəlib. 2009-cu ilin 23 mayında keçirilən açılış mərasimində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, eləcə də Monika Belluççi, Şeron Stoun, Riçard Gir və s. kimi tanınmışlar iştirak ediblər.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər