Telman İsmayılov beynəlxaq axtarışa verildi

Telman İsmayılov beynəlxaq axtarışa verildi

Hüquq-mühafizə orqanları Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun Türkiyədə axtarışına başlayıb.Criminal.az rus mətbuatına istinadən xəbər verir ki, milyarderin Türkiyədə gizlənməsi istisna edilmir. Tapılan kimi istintaqa cəlb ediləcək.

Xəbər verdiyimiz kimi, Moskvanın Basman məhkəməsi bağlanmış Çerkizov bazarının keçmiş sahibi, milyarder Telman İsmayılovun həbsi barədə qərar verib. O, iki və daha artıq adamın qətlində ittiham edilir. Onun vəkili Marina Rusakova bu qərarı qanunsuz adlandırıb. 30 oktyabrda onun həbsi barədə qərar çıxarılıb. Bu, Moskva şəhər məhkəməsində təsdiq olunub.

Noyabrın 15-də bu qərardan apellyasiya şikayəti veriləcək. İsmayılov həmçinin qanunsuz silah dövriyyəsində ittiham edilir. Onun haqqında beynəxalq axtarış elan edilib.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər