Siyavuş Novruzovun bəhs etdiyi veteran alverinin gizlinləri

Siyavuş Novruzovun bəhs etdiyi veteran alverinin gizlinləri

Gədəbəydəki Qarabağ veteranı stastusu alverinin gizlinləri nazirlərə çatdı

Siyavuş Novruzovun dedikləri dövlət qurumlarını hərəkətə gətirəcəkmi? 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun ölkədə 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirdiyini bildirib. Onun bu fikirləri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirib. 

S.Novruzovun “Yeni Müsavat”a dediklərindən sitat: 

“Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Criminal.az diqqətə çatdırır ki, Gədəbəydə 300-700 vətəndaşa 500-1000 manat qarşılığında Qarabağ veteranı statusu satılması haqda mətbuatda xəbərlər var. Bir müddət əvvəl yayılan xəbərlərdə deyilirdi ki, ötən il aprel döyüşləri gedən günlərdə Gədəbəyin icra başçısı Ramiz Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün adambaşına 500-1000 manatdan olmaqla pul yığdırıb. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.

Beləcə atəşkəsdən 24 il sonra güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb. Bu şəxslərin çoxunun həmin illərdə Gədəbəy, heç ölkə ərazisində olmadıqları haqda məlumatlar da vardı.İcra başçısı RamizYediyarovun bu əməli dövlət büdcəsini birbaşa ildə 350-400 min manat əlavə xərcə saldığı da həmin yazıalrda vurğulanırdı. 

Criminal.az saytı bu məsələ ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, dövlət təhlükəsizlik xidmətnin rəisi Mədət Quliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədova informasiya sorğusu ilə müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir: 

Mətbuatda Gədəbəy rayon İcra Hakimiyyətindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var. Yayılan xəbərlərə görə 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmələri haqda heç bir əsası olmayan, hüquq yaradan arayışlar verilib. Bu şəxslərin çoxunun həmin illərdə Gədəbəy, heç ölkə ərazisində olmadıqları haqda məlumatlar var. Bununla əlaqədar olaraq aşağıdakı suallara aydınlıq gətirilməsi zərurəti var: 

1 Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub 23 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilir?

2. Bu qədər şəxsə status verilməsi indiyədək onların hüquqlarının pozulması anlamına gəlmirmi?

3 Həmin şəxslərə müvafiq müavinət əvvəlki dövrlər üçün də verilməlidir?

4 Yayılan məlumatlara görə bu şəxlərə status verilməsi  500-1000 manat civarında rüşvət hesabına başa gəlir. Müharibə iştirakçısı kimi şərəfli bir adın pulla satılması halları varmı?

5 Varsa, bu hallarla bağlı məlumatları bölüşün, hüquq mühafizə orqanlarına müraciət olunub-olunmaması haqda məlumatları bölüşün.

Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununun 9-cu maddəsinə əsasən bütün nazirliklər informasiya verməyə borclu olan informasiya sahibləri sırasına aiddir. 

Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununun 24.1-ci maddəsinə görə İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. 

Həmin qanunun 14-cü maddəsinə görə, informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur. 

Qeyd edək ki, sorğu bir həftə əvvəl göstərilən ünvanlara göndərilib və təqdim oluncaq cavabları da oxucularımızın müzakirəsinə verəcəyik.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər