Şamaxıda qadın qətlə yetirilib

Şamaxıda qadın qətlə yetirilib

Şamaxı rayonunda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb.

Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Bu gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər. Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələ ki, məlum deyil.

Araşdırma zamanı məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər