Salyanda qətliam törədilən evdən VİDEO: "Nişandan sonra yoxa çıxdılar"

Salyanda qətliam törədilən evdən VİDEO: "Nişandan sonra yoxa çıxdılar"

Salyan şəhər sakini Mehparə Əliyeva və 4 övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları ilə bağlı rayon prokurorluğuna məlumat bu gün daxil olub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Salyan rayon prokurorunun köməkçisi Əbil Mirzəyev açıqlama verib. "Məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibbi ekspertizanın iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə, insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır".

Mehparə Əliyevanın yeznəsi sözügedən ailədə daim söz-söhbət olduğunu bildirib: "Mənim qızımın nişanı ərəfəsində bunlar yoxa çıxdı. Nişanda olublar, sonra yoxa çıxıblar. Ondan sonra axtarışa verilib. Ailə bir yerə yığılanda söhbət gedirdi ki, niyə bunlar yoxa çıxdı. Ailə başçısı evə pul gətirmir, ailəni dolandıra bilmirdi. Belə nöqsanlarla ailə soldu. Mən bildiyim bunlardır. Ondan sonra axtarıldı. Xoşqədəmin verilişində bu hadisəyə aydınlıq gətirildi. Araşdırmalar oldu ki, Azərbaycandan çıxış yoxdur. Burda bir versiya qaldı ki, ancaq Azərbaycan daxilində. Biz də gözləyirdik ki, polisin nəticəsi nə olacaq".

Mehparə Əliyevanın qardaşı Elman Əliyev isə bacısı və övladları itkin düşəndən sonra Fərhad və Fəqan Əliyevlərin gündəlik həyat tərzindən söz açıb: "Əri ilə oğlu gecə gəlirlər, səhər sübhdən çıxıb gedirlər".

Lakin qohumları Elman Əliyevin jurnalistlərə açıqlama verməsinə mane olublar.




Loading...

Loading...

Oxşar xəbərlər