Rusiyalı deputat Mübariz Mənsimovun cinayətləri barədə

Rusiyalı deputat Mübariz Mənsimovun cinayətləri barədə

Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının deputatı Svetlana Maksimova RF Federal Vergi Xidmətinin rəhbəri Mixail Muşistinə deputat sorğusu yollayaraq, oliqarx Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin rəhbərliyi tərəfindən yol verilmiş mümkün cinayət faktlarının daha ətraflı araşdırılmasını xahiş edib.

Dövlət Dumasının deputatı “Palmali” şirkətinin fəaliyyəti ilə bağlı yoxlamanın aparılmasını və onun nəticələri barədə məlumatlandırmağı xahiş edir. Vergi Xidmətinin rəhbərinə müraciətinə Svetlana Maksimova “Palmali” şirkətinə aid sənədlər zərfini əlavə edib.

Həmin sənədlərdə bir sıra Rusiya KİV-lərində də əksini tapmış faktlar yer alıb. Belə ki, 2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Cənub istintaq idarəsi “Palmali” MMC-nin direktoru Aleksey Mixelevin barəsində cinayət işi qaldırıb. Mixelev xüsusilə iri məbləğdə vergidən yayınmada şübhəli bilinir.

Svetlana Maksimova

İstintaqın rəyinə əsasən, Aleksey Mixelev 2010 və 2011-ci illər üzrəvergi bəyannamələrinə su nəqliyyatı ilə yeklərin daşınmasından əldə edilmiş gəlirin məbləği barədə yalan məlumatlar daxil edib. Nəticədə, şirkət büdcəyə 2010-cu il üçün vergidən 811 milyon rubl, 2011-ci il üçünsə 401 milyon rubldan çox yayındırıb.

Rusiyalı jurlnalistlər iddia edirlər ki, söhbət üzün illər ərzində davam edən şübhəli kombinasiyalar sisteminin köməyi ilə davamlı və məqsədyönlü fəaliyyətdən gedə bilər. Belə ki, “Moskovski komsomolets” qəzetindəki məqalənin müəllifinin gümanına görə, oliqarx Mübariz Mənsimov öz əlaltısının fəaliyyətindən xəbərsiz ola bilməzdi. Ələlxüsus, söhbət 1,2 milyard rubldan artıq bir məbləğdən gedirsə.

Sənədlərə əsasən, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasənda “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə “Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Daha öncə bildirdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev qalmaqallı azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti barədə faktların araşdırılması üçün İstintaq Komitəsinə sorğu göndərib.




Loading...

Loading...

Oxşar xəbərlər