Rövşən Lənkəranskinin öldürüldüyü yeri ''Lotu Quli''yə Telman İsmayılov veribmiş... - İSTİNTAQ ONUN İZİNƏ DÜŞÜB

Rövşən Lənkəranskinin öldürüldüyü yeri ''Lotu Quli''yə Telman İsmayılov veribmiş... - İSTİNTAQ ONUN İZİNƏ DÜŞÜB

Keçmiş ''Çerkizov'' bazarının sahibi Rusiyanın hüquq-mühafizə orqanlarından gizlənmək üçün Türkiyədəki villasına sığınıb. O, iki biznesmenin ölümündə günahlandırılır.

Mənbə xəbər verir ki, T. İsmayılovun adı Rövşən Lənkəranskinin qətlində də çəkilir. Crimerussia xəbər verir ki, T.İsmayılov hazırda Antalyada özünə məxsus ''Mardan Palace''-ə yaxın yerləşən villasında yaşayır. Lakin 2016-cı ilin avqustunda İstanbulda öldürülən Rövşən Lənkəranskinin ölümünü araşdıran istintaqçılar yaxın zamanlarda onun rahatlığına mane ola bilər.  

Baxmayaraq ki, 2017-ci ilin yanvarında kriminal avtoritet Rəşad İsmayılov (Gəncinski) elan etmişdi ki, R.Lənkəranskinin onuh əmri ilə öldürüblər. R.Gəncinski ''Lotu Quli''nin klanına daxil olub. Lotu Quli və Lənkəranki arasında gərgin mübarizə isə artıq hamıya məlumdur.  

Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Rövşənin məkanı haqda son məlumatı Lotu Quliyə onun qardaşı vasitəsilə Telman İsmayılov verib. Məhz bundan sonra R.Lənkəranskini həmin yerdə güllələyiblər. 

hadisədən əvvəl N.Səlifovun qardaşı Telman İsmayılovun villasında qonaq olub. Hazırda Telman İsmayılovun həyatı Türkiyədə də təhlükəsiz deyil. Halbuki, 2016-cı ildə iki biznesmeninin qətlində günahlandırılan T.İsmayılov Türkiyəyə sığınmışdı. Biznesmenlərin qətlinə görə, İsmayılovun qardaşı Rafiq İsmayılov həbs olunmuşdu.

 




Loading...


loading...
Loading...
loading...