Pakistan xüsusi xidmət orqanlarının əməliyyatı: saxta vizalarla Azərbaycana göndərilənlər tutuldu

Pakistan xüsusi xidmət orqanlarının əməliyyatı: saxta vizalarla Azərbaycana göndərilənlər tutuldu

Pakistanın Federal Təhqiqatlar Agentliyi (FİA) ölkənin Sialkot beynəlxalq aerportunda saxta vizalarla Azərbaycana və Dubaya uçmaq istəyən beş nəfəri saxlayıb. FİA-nın direktor müavini Xalid Anis bildirib ki, Vazim Səcdad, Muhammed Said, Vakar Hasan, Ecaz Ahmed və Muhammed Nafis adlı şəxslər “Fly Dubai” aviaşirkətinin FZ-338 nömrəli reysi ilə Dubaya, oradan Azərbaycana uçmağa hazırlaşırdı.

Xalid Anis

Miqrasiya xidməti rəsmiləri bu şəxsləri saxlayıb və onların vizalarının, digər sənədlərinin saxta olduğu aşkarlanıb. Saxlanılanlar FİA əməkdaşlarına bildiriblər ki, onlar Sialkot əyalətindən Dubaya və Azərbaycana gedirdilər, bu məqsədlə yerli insan qaçaqmalçısı Şamas Muner, Suleyman və Şamas Mahmud adlı şəxslərə hərəyə 150 min rupi vermişdilər. Saxlanılanlar deyiblər ki, həmin insan alverçisi onlara xaricdə “qızıldan dağlar” vəd ediblər.

Bu ifadə əsasında FİA əməkdaşları Suleymanı Sialkot aerportunun parkinqində yaxalayıb. Habelə FİA əməkdaşları yerli turizm agentliklərindən birində də reyd keçirərək daha iki insan alverçisini saxlayıb.

Qeyd edək ki, insan alverçiləri son vaxtlar Pakistandan Azərbaycana tez-tez insan qaçaqçılığı təşkil edirlər. Bu günlərdə məlum olmuşdu ki, Azərbaycanda bir qrup beynəlxalq insan alverçiləri tərəfindən oğurlanan pakistanlı gənc bu ölkənin xüsusi xidmət orqanlarının başlatdığı əməliyyat nəticəsində azad edilib. Azərbaycanda pakistanlı gənci oğurlayanlar iki ortaqlarının bu ölkədə yerli Federal Təhqiqat Agentliyinin (FİA) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilməsindən sonra qurbanı azad ediblər.

FİA-nın direktor müavini Xalid Anis bildirib ki, insan oğrularının qurbanı olan Əli Raza Azərbaycanda 12 gün girov saxlanıldıqdan sonra evlərinə-Sialkot əyalətinin Sambrial şəhərinə qayıdıb. Onu oğurlayanlardan birinin adı Zubayir Varreyxa adlı şəxsdir. Bu şəxs Pakistan vətəndaşıdır.

Xalid Anis deyib ki, qruplaşma gənci oğurlayaraq onun anasından 1.8 milyon rupi pul tələb ediblər. “İnsan oğruları iki ortaqlarının Pakistanda FİA tərəfindən həbs edilməsindən sonra qurbanı azad etməyə məcbur olublar, oğurlanan gənc artıq Azərbaycandan evlərinə qayıdıb” – o bildirib.

Pakistan xüsusi xidmət orqanının direktor müavini deyib ki, Sambrial şəhərinin sakinləri, insan oğurluğu ilə məşğul olan Anis Ahmed və Saqher Ahmed adlı iki nəfər Əli Razanı qanunsuz olaraq bu il oktyabrın 13-də Dubay beynəlxalq aeroportu üzərindən Azərbaycana yola salıblar. Onlar gənci Azərbaycana yola salmaq üçün 250 min rupi pulunu da alıblar. İnsan oğruları gənci Azərbaycana çatandan az sonra oğurlayıblar və onun azad edilməsi üçün 1.8 milyon rupi tələb ediblər.

Gəncin anası bu barədə FİA-ya məlumat verib. FİA oktyabrın 23-də gəncin oğurlanmasını təşkil edən Anis Ahmedi və Saqher Ahmedi həbs edib. Nəticədə onların Azərbaycandakı ortaqları Əli Rzanı azad etməli olublar.




Loading...

Loading...

Oxşar xəbərlər