''Onu qolları qandallı önümə gətirdilər'' - GENERALA MƏKTUB YAZAN XANIM JURNALİST

 ''Onu qolları qandallı önümə gətirdilər'' - GENERALA MƏKTUB YAZAN XANIM JURNALİST

Xanım jurnalistin generala müraciəti nəticə verdi. Onun pullarını mənimsəyən şəxs dərhal şəxs tutuldu. Criminal.az xəbər verir ki, üç gün əvvəl ANS cə Space telekanallarında aparıcılıq etmiş Tünzalə Rafiqqızı üzləşdiyi cinayətlə bağlı daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazova məktub yazmışdı. O, məktubunda Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin onun şikayətinə laqeydliyini bildirmişdi.

Jurnalistin müraciəti Criminal.az saytında yayımlandı. Məsələyə Daxili işlər Nazirliyi dərhal reaksiya verdi. T.Rafiqqızı ''facebook'' profilində qeyd edib ki, məktubuna bu qədər tez reaaksiya veriləcəyinə çübhə ilə yanaşırmış.

''Doğrusu, məktubuma bu qədər tez reaksiya veriləcəyinə icimdə bir inam vardısa da, son 3 ayda polisdə üzləşdiyim etinasızlıq üzündən ümidli bir şübhə içindəydim. Amma çox hörmətli Vilayət müəllim yazdıqım məktubu şəxsən oxumuş və həmən əlaqədar şəxslərə problemi araşdırıb, dərhal lazımi tədbirlər görməyi tapşırdı. Ən maraqlısı və acınacaqlısı isə o ki, dünənə kimi mənə o dələduz Atəş Məhərrəmovu "axtarıb, tapa bilməyən" 30-cu polis bölməsinin və Suraxanı polis idarəsinin əlaqədar şəxsləri bir neçə saata o dələduzu qolları qandallı önümə gətirdilər. O şərəfsizi bir daha üzbəüz görmək və Azərbaycan kişisi adına ləkə olduğunu demək üçün üzləşməyə getdim! O şərəfsizə nələri dediyimi burada yazmayacam, əminəm ki təxmin edirssiz. Lazimi tədbirlər görüldü və Atəş Məhərrəmov haqqında cinayyət işi açıldı. Qolları qandallandı və yəqin ki, uzun müddət həbsxanada oldduğu müddətdə ağlı başına gələr, əməllərinin mənfi nəticələrini götür-qoy edər! Buna kifayyət qədər vaxtı olacaq! Mənə vurduğu mənəvi ziyan zatən milyon manatlar, maddiyyatla qətiyyən ölçülə bilməz! Hansı ki, Atəş Məhərrəmovun həbsindən dərhal sonra atası Rafiq Məhərrəmov 600 manatı tapıb, gətirdi. Hörmətli Vilayət müəllim, Sizə şəxsən təşəkkür edirəm! Əminəm ki, bu işdə səhlənkarlıq edən polis bölmə və idarələrinin əlaqədar şəxsləri də lazimi cəzalarını alacaqlar! Sizin timsalınızda əməyi keçən polis işçilərinə isə dərin təşəkkürümü bildirirəm!''

 




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər