Mağaza yaran keçmiş məhkum tutuldu – Foto

Mağaza yaran keçmiş məhkum tutuldu – Foto

Masallı rayonunda telefon mağazasından oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 10-da gecə saat 1 radələrində Masallı rayon polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb. Araşdırmalarla əvvəllər məhkum olunmuş bu şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaqla daxil olduğunu, oradan isə 2 mobil telefon və 55 manat götürdüyünü etiraf edib.

Oğurladığı 1 ədəd “Nokia N 78” və 1 ədəd “Samsung C 100” markalı mobil telefon ondan maddi sübut kimi götürülüb. İstintaq zamanı Cavid Sadıqovun digər oğurluğu da üzə çıxıb.

Məlum olub ki, o, keçən il avqust ayının 26-da axşam saatlarında Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə də daxil olaraq oradan 200 manat oğurlayıb. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər