Lujkov: "Telman İsmayılov adam öldürən deyil"

Lujkov: "Telman İsmayılov adam öldürən deyil"

Moskvanın keçmiş meri Yuri Lujkov əmindir ki, iş adamı Telman İsmayılov qətl törətməyə qadir adam deyil.

“İsmayılov qətllərlə bağlı qərarlara qadir adam deyil. O. Biznesdə sülhə meylli insandır”, - virtualaz.org xəbər verir ki, “Qovorit Moskva” radiosu Lujkovun sözlərinə istinad edib.

Bununla belə, Lujkov iş adamı İsmayılovun hazırda nə ilə məşğul olması ilə bağlı sualı cavablandıra bilməyib.

“Onun biznesindən xəbərim yoxdur. İsmayılovun yaratdığı təəssüratla bağlı bildirirəm ki, o, hər zaman öz biznesinin inkişafına çalışıb, kömək əlini uzadıb ki, Moskvada mədəniyyətimiz tama dağılıb getməsin”, - deyən Lujkov əlavə edib ki, Telman İsmayılov Rusiya paytaxtının həyatında “çox ciddi müsbət rol” oynayıb.

*   *   *13:00

Məhkəmə Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun həbsi barədə qiyabı qərar çıxarıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, o, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkilinin bildirdiyinə görə, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya verilib.

Xatırladaq ki, sentyabr ayında İsmayılovun obyektlərində axtarış aparılıb. Mənbələrin bildirdiyinə görə, axtarışlara səbəb iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlləri olub.

“Rosbalt” bildirir ki, Telman İsmayılov 8 sifarişli qətlin həyata keçirdiyi güman edilən qruplaşma ilə əlaqədə şübhəli bilinir. Deyilənə görə, azərbaycanlı iş adamına qarşı ifadəni həmin qruplaşmanın üzvlərindən biri – Harri Belotserkovski verib. Onun sözlərinə əsasən, qrup Moskvanın şimalında yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını “aradan götürürmüş”.

Telman İsmayılovun qardaşı – Rafiq 2016-cı ilin may ayında Savkinlə Brilevin qətlində ittiham edilib və hazırda həbsdədir. Daha bir qardaşı – Vaqif İsmayılov axtarışdadır. 

2009-cu ildə Çerkizovo bazarında qanun pozuntuları aşkarlanıb və bazar bağlanıb. Onun sahibi Türkiyəyə köçüb və aktivlərini saxlamağa başlayıb. 2017-ci ilin o, müflis elan edilib.

Vəkil Marina Rusakovanın verdiyi məlumata görə, məhkəmə apellyasiya şikayətinə noyabrın 15-də baxacaq.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər